Sığorta bazarı iflic durumda... - BÖHRAN
Koronavirusa yoluxma sayı artdıqca bu virusa yoluxmuş şəxslərin müalicəsi də çətinləşir. Artıq sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərə tibbi yardımın göstərilmədiyi, onların müalicə üçün xəstəxana tapmadığına dair məlumatlar yayılır. Dünyanın əksər ölkələrində vətəndaşlar koronavirusdan müalicədə sığorta alətlərindən istifadə edirlər. Hətta bizə qonşu olan ölkələrdə belə bu üsuldan geniş tətbiq olunur. Məsələn, Ukraynada bu təcrübədən istifadə olunur. Bəs görəsən Azərbaycanda necə, yerli sığorta şirkətləri koronavirusun müalicəsində sığorta alətlərini müştərilərə təklif edirlərmi?
Sputnik Azərbaycan-a bu barədə danışan ekspert Azər Allahverənov bildirib ki, artıq bir sıra ölkələrdə sığorta şirkətləri koronavirusun müalicəsində sığorta alətlərini müştərilərə təklif edirlər. A.Allahverənov bildirib ki, indiyədək o, yerli sığorta şirkətlərinin belə bir xidmət təklif etdiyini eşitməyib.
Ekspert bildirib ki, sığorta şirkətləri tibbi sığorta paketi təklif etsələr də, koronavirusla bağlı sığorta aləti bazara təqdim etməyiblər:
"Hər halda mən belə bir məlumat eşitməmişəm ki, Azərbaycanda hansısa sığorta şirkəti müştərilərə koronavirusa görə sığorta olunmaq təklif etsin. Ukraynada, Türkiyədə koronavirsla bağlı sığorta növləri tətbiq edilirsə, Azərbaycanda da sığorta şirkətləri bu cür tibbi sığorta məhsulu təqdim edə bilərlər. Dünyada bu praktika varsa, insanlar bundan çox rahat istifadə edə bilirləsə, bu təcrübə bizdə də yayıla bilər. Ukraynada koronavirusa yoluxmuş şəxslərə sığorta məhsulu təqdim olunur. Ödənilən sığorta məbləği isə koronavirusa yoluxma dərəcəsinə görə müəyyən edilir. Sığorta haqları da çox aşağı məbləğdir. 6 ay ərzində şəxs koronavirusa yoluxarsa, ona sığorta şirkəti yardım ödəyir. Əgər xəstə stasionarda müalicə alırsa sığorta şirkətinin ödədiyi məbləğ də dəyişir".
"Ukraynada vətəndaşlar koronavirusa görə öz tədbirlərini sığorta şirkətləri vasitəsilə alıblar. Artıq bu ölkədə vətəndaş arxayındır ki, koronavirusa yoluxsa ona dərman veriləcək, xəstəxanaya yeləşdiriləcək. Pandemiya dövründə bu çox tələbat olan sığorta məhsuludur. Nəzərə alaq ki, koronavirusa yoluxmuş şəxslərin müalicəsi kifayət qədər yüksək məbləğə başa gəlir. Amma 50-60, yaxud 100 manat ödəyən vətəndaş sığorta şirkətinə arxayındır ki, müəyyən müddətdə virusa yoluxsa sığortadan yararlanacaq", - ekspert əlavə edib.
A. Allahverənov deyir ki, bu gün yerli sığorta şirkətləri bu məhsulu təqdim etmirsə, xarici sığorta şirkətlərinə bazara belə məhsul çıxartmağa şərait yaradılmaldır:
"Əgər yerli sığorta şirkətləri bunu edə bilmirlərsə, onda imkan versinlər, sığorta bazarına xarici ölkələrdə nüfuz sahibi olan sığorta şirkətləri (məsələn, götürək Türkiyənin tanınmış sığorta şirkətlərini) daxil olsun. Hesab edirəm, koronavirusdan sığorta mexanizmi tam şəffaf şəkildə işə salınarsa, bir çox ağır fəsadların, o cümlədən dərman satışı və digər əlaqədar sahələrdə bir çox neqativlərin qarşısı alınacaq. Bu da müalicənin daha keyfiyyətli təşkilinə səbəb olacaqdır".
Azərbaycanda sığorta şirkətləri isə koronavirusa görə sığorta növünün olmadığını söylədirlər. "Xalq sığorta" şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, koronavirus sığorta təminatında olan xəstəlik deyil: "Bizdə atipik pnevmoniyalar sığorta təminatında deyil. Buraya həmçinin koronavirus da daxildir. Digər sığorta şirkətlərindən də eyni cavabı verdilər.
Tanınmış sığorta mütəxəssisi Əli Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda da koronavirusa görə sığorta sistemi tətbiq edilməlidir:
"Bu gün böyük risk faktoru olduğu üçün koronavirusa görə, sığortaçılar sığorta təminatı verməkdən çəkinirlər. Xüsusilə də könüllü tibbi sığorta üzrə. Könüllü tibbi sığorta fərdi sahədə çox aşağı səviyyədədir. Sığorta şirkətləri əsasən kooperativ əməkdaşlığa üstünlük verirlər. Fərdi istiqamət üzrə tibbi sığortanın tətbiqinin gecikməsi isə müştəriyə etibarsızlıqdan irəli gəlir. Sığortaçılar düşünürlər ki, fərdi tibbi sığorta versələr müştərilər bundan sui-istifadə edəcəklər. Bunu kontrol edə bilməyəcəklərindən bu sığorta şirkətləri üçün zərər olacaq. Amma dünyada artıq tətbiq edilirsə, Azərbaycanda da sığorta şirkətləri bunu etməyə başlamalıdırlar. Müştəri COVID xəstəliyinə tutulubsa, bu periodda olan xəstəliyə görə xərclərin ödənilməsi nəzərdə tutulmalıdır. COVID üçün tibbi sığorta üzrə təminat təqdirəlayiqdir".
Ə. Bayramov deyir ki, koronavirusa görə sığorta sağlam insanlara verilməlidir: "Bu belə olmamalıdır ki, COVID-ə məruz qalan şəxslər sığorta təminatı alsın. Bu sığorta paketini o şəxslərə vermək lazımdır ki, həmin insan sağlam və virusa yoluxmamış olsun".
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2020, 10:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-12-2020, 10:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |