Əkin sahələri və məhsulların sığortalanma qaydaları açıqlanıb
Noyabrın əvvəlindən etibarən Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Artıq fermerlər və aqrar sahədə çalışan iş adamları öz təsərrüfatlarını, əkin sahələrini, heyvanları və balıqları sığortalaya bilərlər.
Aqrar Sığorta Fondundan əkin sahəsi və məhsulların sığortalanma qaydası haqqında məlumat verilib.
Aqrar sığorta ilə hansı bitkilər və məhsullar sığortalanacaq?
Aqrar Sığorta ilkin mərhələdə 14 adda bitkiçilik məhsullarını əhatə edəcək. Bura daxildir: buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq. Sadalanan 14 bitkinin əkini və becərilməsi ilə məşğul olan fermerlər öz əkin sahələrini sığortalaya bilərlər. Gələcəkdə sığortalanan bitkilərin siyahısının daha da genişlənməsi gözlənilir.
Aqrar sığorta bitkiləri hansı risklərdən sığortalayır?
Bitkilərin sığortalanmasında aqrar sığortanın əhatə etdiyi risklər Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin qərara əsasən, aqrar sığorta bitkiləri dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, üçüncü şəxslərin hərəkətləri nəticəsində yaranacaq risklərdən sığortalayacaq.
Qaydalara görə, əlavə ödəniş etməklə bitkiləri və məhsulları bir sıra əlavə risklərdən də sığortalamaq olar.
Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər.
Bundan başqa, əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər. Yəni əlavə ödənişlə taxılın təkcə dən hissəsini deyil, samanını da sığortalamaq olar. Amma burada limit var. Bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40 faizindən çox ola bilməz. Nəhayət, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə də təminat verilə bilər.
Hansı hallarda kənd təsərrüfatı bitkiləri sığortalanacaq?
Kənd təsərrüfatı bitkilərinin sığortası ilə heyvanların sığortası arasında mühüm fərq var. Heyvanları ilin istənilən vaxtı sığortalamaq mümkündür. Bitkilərin sığortalanması üçün isə müraciət ilin müəyyən dövrlərində edilə bilər. Qaydalara görə, sığorta ilə bağlı müraciət məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və Fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində edilməlidir.
Eləcə də, əkin sahəsi və bitkiçilik məhsulları ilə bağlı məlumatlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməlidir. Yalnız bu sistemdə qeydiyyatdan keçən fermerlər sığorta üçün müraciət edə bilərlər.
Bundan başqa, bitki və ya əkin sahəsinin sahibi sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirməlidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-12-2020, 13:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-12-2020, 13:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26