Mərkəzi Bank iqtisadiyyatı NECƏ BOĞUR... - GƏLİŞMƏ
Mərkəzi Banka istinadən verilən xəbərlərdən məlum olur ki, il ərzində artan bankın valyuta ehtiyatları noyabr ayında azalıb.
Baxmayaraq ki, oktyabrın 31-də Mərkəzi Bankın sədri Elman Rüstəmov valyuta bazarında hansısa dəyişikliyin olacağının gözlənmədiyini bildirmişdi: "2020-ci ilin sonunadək biz valyuta bazarında hər hansı bir dəyişiklik olacağını gözləmirik. Əgər bazarda əlavə bir ehtiyac çıxarsa, son 2 ayda, biz bu valyutanı (alınmış vəsaiti) bazara qaytarmağa hazırıq. Bizim ilin sonuna proqnozumuz Mərkəzi Bankın valyuta ehtiyatlarının stabil qalmasıdır və ya bir qədər də artmasıdır. Biz azalacağını gözləmirik”.
2020-ci ilin noyabr ayında valyuta ehtiyatları 56.3 milyon dollar azalıb. 2020-ci ilin oktyabr ayının sonunda 6 milyard 467.8 milyon dolar olmuş valyuta ehtiyatları noyabr ayının sonunda 6 milyard 411.5 milyon dollaradək düşüb. Oktyabr ayında isə bankının valyuta ehtiyatları 23.6 milyon dollar azalıb. İllik göstəricəyə diqqət etdikdə isə məlum olur ki, 2020-ci ilin 9 ayı ərzində valyuta ehtiyatları 2,45 faiz artıb. Mərkəzi Bankın pul kütəsi də azalıb. Belə ki, 2020-ci il noyabr ayının yekunlarına əsasən pul kütləsi 11,8 milyard manat təşkil edib. Bu, 2019-cu ilin yekunları ilə müqayisədə 2,9 faiz azalıb, illik müqayisədə isə 10,6 faiz azalıb. Yanvar ayı ərzində ölkədə pul kütləsinin həcmi 607,5 milyon manat azalıb. Göründüyü kimi, həm Mərkəzi Bankın valyuta ehtiyatlarının son aylıq göstəricilərində, həm də pul kütləsində azalma müşahidə olunur.
Duruma nə səbəb olub və ya Mərkəzi Bankın fəaliyyəti hansı istiqamətə yönəlib?
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın valyuta ehtiyatlarındakı azalma o qədər də ciddi xarakter daşımır: “Mərkəzi Bankın valyuta ehtiyatlarına baxanda, onun pul ehtiyatlarına da nəzər yetirməliyik. Məlum olur ki, Mərkəzi Bankın pul bazası da kəskin azalıb. Mərkəzi Bankın dövriyyəyə nə qədər pul buraxdığına baxsaq, görərik ki, oktyabr ayında bankın pul bazası 12 milyard 103 milyon 600 min manat idisə, 30 noyabrda 11 milyard 803 milyon 600 min olub. Yəni bir ayda pul bazası 300 milyon manat azalıb. Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması o deməkdir ki, Mərkəzi Bank banklara daha çox dollar satıb, amma bununla yanaşı manat kütləsini də dövriyyədə azaldılıb”.
Həmsöhbətimiz deyir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması və dövriyyəyə buraxılan manat kütləsinin azalması bir-birinə adekvat deyil: “Valyuta ehtiyatları 56 milyon azaldığı halda pul bazası 300 milyon manat azalıb. Bu isə 176 milyon dollar deməkdir. Pul bazası valyuta ehtiyatları ilə müqayisədə 3,5 dəfə azalıb. Bu bir tərəfdən milli valyutanın sabitliyi üçün yaxşı addımdır, yəni dövriyyədə daha az manatın olması dollara tələbi azaldır. Bu, Mərkəzi Bankın qarşıda valyuta ehtiyatlarının da azalmasının davam etməsinin qarşısını alır. Eyni zamanda, iqtisadiyyatı pulsuz qoyur. Bu da o deməkdir ki, Mərkəzi Bankın üçün əvvəlki kimi milli valyutanın məzənnəsi bir nömrəli məsələdir. Amma bununla da iqtisadiyyat boğulur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2020, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2020, 17:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01