Ən bahalı kreditlər hansı rayonda verilir?
Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda verilir.
regionxeberlericom.az-un Lent.az-a istinadən məlumatına görə, Trend Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu iqtisadi rayonda kreditlər üzrə illik faiz dərəcələri martın sonuna 23,5% təşkil edib. Bu göstəriciyə görə ikinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu - 23,4%, üçüncü yerdə isə Aran iqtisadi rayonu - 23% qərarlaşıb.
Azərbaycanın iqtisadi rayonlarında kreditlər üzrə orta faiz dərəcələri:.
Azərbaycan üzrə kredit qoyuluşunun ölkə üzrə ümumi orta faiz dərəcəsi 11,8% olub. Bakı şəhəri üzrə bu rəqəm 10 faiz təşkil edib.
Mərkəzi Bankın statistikasına əsasən, Azərbaycanda aprelin 1-nə kredit qoyuluşu 13,06 milyard manat olub.
Bu kreditlərin böyük hissəsi və ya 10,68 milyard manatı Bakı şəhərinin payına düşüb. İkinci yerdə isə 606,68 milyon manatla Aran iqtisadi rayonu qərarlaşıb. Üçüncü yerdə 499,8 milyon manatla Abşeron iqtisadi rayonu dayanıb.
Kreditləşmənin həcminə görə ən aşağı göstərici Yuxarı Qarabağ iqtisadi rayonunda olub - 51,64 milyon manat.
Digər iqtisadi rayonların kredit qoyuluşu göstəricisi aşağıdakı kimi olub: Dağlıq Şirvan iqtisadi rayonu - 64,56 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu - 498,6 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu - 176,77 milyon manat, Lənkəran iqtisadi rayonu - 217,29 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonu - 165,67 milyon manat, Naxçıvan iqtisadi rayonu - 101,2 milyon manat.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-05-2019, 16:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-05-2019, 16:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11