Qaz limiti artırıldı, bəs işıq? - GƏLİŞMƏ
Son aylarda Azərbaycanda ciddi müzakirələrə səbəb olan qaz və elektrik enerjisindən istifadəyə tətbiq edilmiş limitlə bağlı ilk addım atılıb. Xəbər verdiyimiz kimi, Tarif Şurasının aprelin 30-da qəbul etdiyi qərarla ölkə əhalisinin qazdan istifadəsinə tətbiq edilən güzəştli limitin həcmi artırılıb. Mayın 1-dən etibarən əhali il ərzində istehlak etdiyi təbii qazın 1700 deyil, 2200 kubmetri həcmi üzrə hər kubmetr üçün 10 qəpik, ondan yuxarı hədd üçünsə 20 qəpik ödəyəcək.
Tarif Şurasının rəhbəri, iqtisadiyyat naziri Şahin Mustafayevin dediyinə görə, indiyədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 milyon abonent və ya 6 milyon nəfər istifadə edirdi: “Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (1,2 milyondan çox vətəndaş) bu güzəştdən yararlanacaq. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizə yüksələcək”.
Tarif (qiymət) Şurasının katibi Ceyhun Nəcəfov isə deyib ki, təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaq. Şura katibi artan limit həcminin tətbiqi mexanizmini də açıqlayıb. Belə ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcək: “Misal üçün, tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kubmetr qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kubmetr təbii qazı aşağı tariflə (1 kubmetr üçün 10 qəpik) istifadə edə biləcək. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaq. Əgər abonent il ərzində müəyyən olunan yeni limitdən (2200 kubmetr) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kubmetr X 20 qəpik olmaqla həyata keçiriləcək”(Report).
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, hökumətin hazırkı sosial standartları ilə yoxsul ev təsərrüfatları üçün bu hədd əsasən kifayət edəcək: “Bu yaxınlarda 150-dək ev təsərrüfatı arasında apardığımız sorğuların nəticəsi göstərdi ki, ümumi sahəsi 80-90 kvadratmetrədək olan, kombi ilə təchiz edilmiş mənzillər üçün 2.2 min kubmetr bəs etməlidir.
Mənzilin sahəsi 90 kvadratmetrdən üzüyuxarı getdikcə illik istehlakın həcmi əlavə hər 10 kvadratmetr üçün orta hesabla 100-200 kubmetr aralığında yüksələcək. Bu fərq mənzilin vəziyyətindən, coğrafiyada qışın nə dərəcədə sərt keçməsindən asılı olaraq dəyişir. Rəsmi məlumatdan aydın olur ki, hazırda 1.5 milyon ev təsərrüfatının illik istehlakı 1.7 min kubmetrədək, 300 min ev təsərrüfatının illik istehlakı isə 1.7-2.2 min kubmetr intervalındadır".
Ekspert bildirir ki, statistikanın əhalinin gəlirləri və yoxsulluq səviyyəsi ilə bağlı etibarlı məlumatlar vermədiyi şəraitdə kommunaı xidmət istehlakının səviyyəsi ev təsərrüfatlarının sosial statusunu (yoxsul, orta təbəqə və ultrazənginlər) müəyyən etmək baxımından çox mühüm mənbələrdən biri hesab edilir: “Məlumat üçün deyim ki, Nazirlər Kabinetinin hazırda qüvvədə olan normativlərinə görə, 1 nəfər üçün aylıq qaz istehlakı norması 21 kubmetr, 4 nəfərlik orta statistik ailə üçün 84 kubmetrdir. Tarif Şurasının məlumatına görə isə hazırda aylıq istehlakı maksimum 140 kubmetr olan ailələrin sayı 1.2 milyon təşkil edir”.
İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu isə hesab edir ki, əhali üçün qaz və elektrik enerjisindən istehlaka tətbiq olunan limit tamamilə ləğv olunmalıdır: “Qərarı istənilən halda təqdir edirəm, çünki iqtisadçıların əhaliyə satılan qaz limitinin ləğv edilməsi ilə bağlı irəli sürdüyü təklifə gec də olsa reaksiya verildi. Bu qış mövsümündə aldığım çoxsaylı mesajlardan bəlli olurdu ki, bir çox rayonlar qazla təchiz olunsa da, xüsusilə də kəndlərdə nəinki evləri, hətta məktəbləri belə sobalarda təzək yandırmaqla qızdırırdılar. Bu da Azərbaycanın regionlarının 95 faizi qazla təmin olunub deyənlərin gördükləri işə istehza yaradırdı. Nə olsun ki, qazlaşma yüksək səviyyədədir, onun pulunu ödəməyə xüsusilə də regionlarda yaşayan sıravi azərbaycanlıların maddi imkanı çatmırdı”.
Q.İbadoğlu təklif edir ki, qaz limiti tamam ləğv edilsin: “Hesab edirəm ki, xüsusilə də region əhalisi üçün bu vacib məsələ növbəti qış mövsümünə qədər həllini tapmalıdır. Yanlış siyasətə görə, ”Azəriqaz" son 2 ildə 1700 kub metrdən yuxarı qaz istehlak edənlərin ödənişlərini ya geri qaytarmalı, ya da cari və növbəti ilin ödənişlərindən çıxmalıdır. Eyni yanaşma elektrik enerjisini istehlak edən əhali qrupuna da şamil edilməli və istehlakçılar üçün limit aradan qaldırılmalıdır. Bu təkliflərin reallaşması həm qaz və həm də elektrik enerjisi sistemində limitlə bağlı olan korrupsiya hallarının aradan qalxmasına da töhfə olardı".
Qeyd edək ki, qaz və enerji istehlakı limitlərinin tamamilə ləğvini zəruri hesab edənlərdən biri də Milli Məclisin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Tarif Şurasının qərarını “Yeni Müsavat”a şərh edən F.Ağamalı bildirir ki, limitin ləğv olunması ilə bağlı mövqeyində qalır. Onun sözlərinə görə, limiti tamamilə aradan qaldırmaq daha faydalı olardı: “Bu, həm aztəminatlı ailələrin problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərərdi. Eyni zamanda Azərbaycanda kənd təsərrüfatının sənaye üsulu ilə çalışan müəssisələrinin stimullaşmasına səbəb olardı. İstehsal olunan məhsulların həm daxili bazarda qiyməti əlçatan olardı, digər tərəfdən, onun ixracında, həyata keçirilən əməliyyatlarda həmin məhsulların rəqabət qabiliyyəti də üstün olardı”.
Milli Məclis üzvü bu qənaətə öz araşdırmaları, həmçinin kifayət qədər müasir dövrün tələblərinə uyğun gələ biləcək düşüncələri özündə daşıyan iqtisadçılarla apardığı söhbətlər, keçirdiyi müzakirələr nəticəsində gəlib: “Düşünürəm ki, təbii qazın və elektrik enerjisinin limitinin tamamilə ləğv olunması vətəndaşlarımızın maraqlarına uyğun olardı və ölkə prezidentinin islahatları ilə tamamilə üst-üstə düşərdi”.
F.Ağamalının fikrincə, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğvi ilə bağlı məsələ aktuallığını saxlayır: “Tarif Şurası vur-tut limitin səviyyəsini 500 kubmetr qaldırdı, bu da 50 manat deməkdir. Hesablamalarımız göstərir ki, 1700 kubmetr istehlakçını bir qayda olaraq maksimum bir ay yarım görür. 500 kubmetr də haradasa yarım ay və ya ondan bir az çox davam edəcək. Nəzərə alsaq ki, Azərbaycanda qış 6 aydan çox davam edir, bu zaman ya limit daha çox artırılmalı idi, ya da tamamilə ləğv olunmalı idi”.
Deputat hesab edir ki, limitin tətbiqində mövsümə uyğun diferensiallaşma tətbiq olunmalıdır: “Limiti qış aylarına tətbiq etmək olardı. Yaz aylarında da, məsələn, köhnə qiymətlərlə ola bilərdi. Yəni 6 ayda vətəndaşlarımız təbii qazdan daha çox istifadə edirlər, onu daha limitli tutmaq olardı. Qalan 6 ayda limitsiz olardı. Mənə elə gəlir ki, bu, daha kompromis, ədalətli yanaşmadır. Təəssüf ki, olmadı. İstehsal sektorunda isə başqa variant tətbiq etmək olar. Məsələn, dünyanın hər yerində var, fərqli qiymətlər ola bilərdi. Yəni gecə və gündüzün qiymət tarifləri müxtəlif ola bilər. Bu da olmadı”.
Qeyd edək ki, əhali qazla yanaşı, elektrik enerjisinə tətbiq olunan limitin ləğvini də zəruri hesab edir. Qarşıdan enerji istehlakının yüksək olduğu yay mövsümü gəldiyini nəzərə alsaq, yaxın müddətdə enerji istehlakına tətbiq olunan qiymət limitinin aradan qaldırılmasının aktuallaşacağını söyləmək mümkündür. Bu baxımdan, hökumətin əhalidə narazılığın artmasını gözləmədən elektrik enerjisi limitinə də ən azı yenidən baxması və artırılması vacibdir.
Məlumat üçün bildirək ki, Azərbaycanda əhalinin illik elektrik enerjisi istehlakı 5-8 milyard kVtsaat ətrafındadır. Son 5 ildə ən yüksək istehlak - 8 milyard 71,5 milyon kVtsaat limitin tətbiq olunduğu 2016-cı ildə qeydə alınıb. 2017-ci ildə ev təsərrüfatları tərəfindən istehlak olunan elektrik enerjisi 7 milyard 134,6 milyon kVtsaata düşüb.
“Azərişıq” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayevin “Yeni Müsavat”a bildirdiyinə görə, ölkə üzrə əhali istehlakçılarının 80-82 faizi elektrik enerjisindən istifadə limiti həcmində enerji istehlak edir: “Bu, limit tətbiq olunanda da beləydi, indi də. Yəni kiminsə limitə görə istehlakı azaltması olmayıb”. Buna baxmayaraq, ASC rəsmisi bildirir ki, Tarif Şurası limitin artırılması və ya tamamilə ləğv olunması barədə qərar verəcəksə, “Azərişıq” ona əməl edəcək: “Biz icraçı qurumuq, hökumət hansı qərar verəcəksə, ona da əməl edəcəyik”.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:2-05-2019, 08:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-05-2019, 08:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01