"Muğanbank"dan 100 milyon manat çıxarılıb - Bağlanma təhlükəsi
"Muğanbank" 2020-ci ilin birinci yarısının 1.9 milyon manat məbləğində zərərlə başa vurub.
30 iyun 2020-ci il tarixinə bankın aktivləri 591.807 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 69.029 milyon manat azalmadan xəbər verir. Xalis kredit portfeli təxminən 9.2 milyon manat azalaraq 348.316 milyon manata çatıb. Bank istehlak kreditləşməsini ilin əvvəlindən təxminən 18.8 milyon manat azaldaraq 36.2 milyon manata endirib, əvəzində biznes kreditləri 2.4 milyon manat artaraq 210.792 milyon manata, daşınmaz əmlak kreditləri isə 7.5 milyon manat artaraq 109.3 milyon manata çatıb.
Yeri gəlmişkən, bank mümkün zərərlər üçün 7.9 milyon məqsədli ehtiyat yaratmağa məcbur olub.
Bankdan 100 milyon manat çıxarılıb
Maliyyə göstəricilərinin təhlili onu deməyə əsas verir ki, ilin əvvəlindən müştərilər bankdan 99.3 milyon manat çıxarıb. Depozit axını həm fiziki, həm də hüquqi şəxslər üzrə qeydə alınıb. Fiziki şəxslərin əmanətləri 47.4 milyon manat azalaraq 191.9 milyon manata, hüquqi şəxslərin depozitləri isə 51.9 milyon manat azalaraq 43.5 milyon manata enib.
Bank bağlana bilər
Bankın nizamnamə kapitalı 102.5 milyon manat osla da, məcmu kapitalı mənfi zonaya yuvarlanıb. Belə ki, məcmu kapital minimal olaraq 50 milyon manat olmalı olduğu halda - 694 manatdır. Başqa sözlə, bank fəaliyyətini davam etdirə bilməsi üçün azı 50,694 milyon manata ehtiyacı var.
Sirr deyil ki, "Muğanbank"ın sahibi sabiq deputat Əhməd Vəliyevdir. Onun biznes imperiyasına "Oxygen" klinikası, "Odlar Yurdu" universiteti və bir çox şirkətlər daxildir. Bu yaxınlarda mətbuat xəbər verib ki, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib.
Rəsmi olaraq bankın səhmdarları kimi Mehdiyev Elmir Maqbet oğlu (63,50%, Əhməd Vəliyevin kürəkəni), Vəliyeva Vəfa Əhməd qızı (12,05%, Əhməd Vəliyevin qızı), Mehdiyev Maqbet Rəhim oğlu (13,10%, Əhməd Vəliyevin qudası, Tibb Universitetinin dosenti), Mehdiyeva Fəridə Cahandar qızı (11.35%, Əhməd Vəliyevin qudası) göstərilir.
Qeyd etmək yerinə düşər ki, Əhməd Vəliyevin sahibi və rəhbəri olduğu “Odlar Yurdu” universitetinin bank hesabları da bu bankdadır. Yazılanlara inansaq, bankın əsas himayədarı və biznes ortağı Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları - Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Media iddia edir ki, sabiq MTN rəhbərinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş. “Odlar Yurdu” universitetinin tədrisində Eldar Mahmudovun atası, akademik Əhməd Mahmudova xüsusi diqqət ayrılıb. Belə ki, ötən il universitetdə Əhməd Mahmudovun anadan olmasının 91-ci ildönümü təntənəli şəkildə qeyd olunub, ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilir. //pravda.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:29-07-2020, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-07-2020, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01