“Azəriqaz” Almaniyadan 200 yeni sayğac alıb
Ötən il smart-kart tipli sayğacların alınmasına dair keçirilən açıq müsabiqədə (tender) qalib gələn Almaniyanın “Zenner” şirkətinin istehsalı olan smart kart tipli müasir sayğacların 200 ədədi Azərbaycana gətirilib.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, yaxın günlərdə pilot layihə çərçivəsində bu sayğacların test sınaqlarına başlanılacaq: “Bu günə qədər istismarda olan smart-kart tipli sayğacların istehsalçısı Fransanın “İtron-Gallus” şirkəti son açıq müsabiqədə qalib gəlməyib. Almaniyanın “Zenner” şirkətinin təqdim etdiyi bəzi məqamlar diqqət çəkib və onlar üstünlük qazanıblar. Belə ki, innovativ texnologiyalara inteqrasiya, təklif olunan münasib qiymət sərfəli şərtlər kimi qəbul olunub. Bundan başqa “Azəriqaz” İB-nin mütəxəssislərinin tövsiyələrinə də adı çəkilən şirkət müsbət reaksiya verib”.
Qurumdan qeyd edilib ki, hazırda Bakıya gətirilən yeni smart-kart tipli sayğaclarda təmin olunan texniki tələblər aşağıdakılardan ibarətdir: “Əvvəlki istehsalçıdan fərqli olaraq “Zenner” qaz ölçü qurğularının proqram təminatını “Azəriqaz” İstehsalat Birliyinə təhvil verəcək. Üzərində son tamamlanma işləri aparılan Milli Proqram yeni sayğaclarda baş verməsi ehtimal olunan istənilən nasazlığı dərhal aradan qaldırmağa imkan yaradır. Bu proqram əsasında bundan sonra da istənilən şirkətlə əməkdaşlıq edilərsə, texniki idarəetmə imkanları Birlikdə qalacaq. Hər bir sayğacın kartı üzərində gələcək. Qurğu abonentin ünvanında quraşdırılarkən, kartın tanıdılması yerində icra ediləcək və abonent “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə cəmi bir dəfə - məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək. Bununla da hazırda abonentlərin qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq”.
Yeni qaz ölçü qurğusunun menyusunda əməliyyatlar sadələşdirilib. Bütün əməliyyatlar iki toxunuşlu (sensor) düymə vasitəsi ilə aparılır. Məsələn, balans artırılarkən, “A” düyməsi basılır, kart sayğaca yaxınlaşdırılır və “B” düyməsi basılmaqla vəsait sayğaca yüklənilir. Bundan başqa əvvəlki smart kartlardan fərqli olaraq yeni sayğacların kartlarında məbləğ qaldığı halda belə 5 dəfə ardıcıl yükləmə aparmaq mümkündür. Yəni, əgər kartınızda 5 manatlıq vəsait varsa, onun üzərinə daha 5 manatın yüklənməsi üçün əvvəlki məbləğin sayğaca boşaldılmasına ehtiyac qalmır. Kredit qaz həcminin alınması da sadə üsulda icra edilir. Menyuda uyğun bölmə seçildikdən sonra bir toxunuşla kredit götürülür və dərhal sayğacın klapanı açılır. Bunun üçün başqa menyulara daxil olub hər hansı əlavə əməliyyat yerinə yetirilmir. Daha bir fərqli cəhət, klapanın açılması üçün əvvəlki sayğaclardakı kimi kipliyə yoxlanışa tələb olunan 190 saniyə geri sayım bu sayğaclarda yoxdur”.
Yeni smart kartlar əməliyyatların arxivləşmə mənbəyi kimi də mühüm rola malikdir. Belə ki, smart kart həm ödəniş və borclar, həm də nasazlıqlar barədə mərkəzi bazaya məlumatların ötürülməsi üçün əsas vasitə olacaq.
Qeyd edək ki, yeni sayğaclar barədə mütəmadi olaraq video görüntülü materiallar hazırlanaraq Birliyin sosial şəbəkə ünvanlarında və mətbuatda ardıcıl yayımları təşkil ediləcək. Pilot layihənin icrası zamanı ortaya çıxan bəzi məqamlar müvafiq komissiyanın rəyindən sonra istehsalçı şirkətlə bir daha müzakirə edilə bilər.
Qurum abionentlərin nəzərinə çatdırır ki, "Azəriqaz" smart kart tipli sayğacların alışından tam imtina etməyib. Çünki çoxmərtəbəli binalarda yalnız smart kart tipli sayğaclar quraşdırılır. Mexaniki sayğacların quraşdırılması isə əsasən rayon, kənd və yeni yaşayış massivlərindəki fərdi yaşayış evlərində həyata keçirilir.
Yeni sayğaclara dair video çarx: https://youtu.be/xlTdQd_xPxc
Paylaş:
Müəllif : Fuad
Tarix:9-07-2020, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-07-2020, 17:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11