reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycan CEO-ları devalvasiydan qorxur, amma pullarının artacağını gözləyirlər – ARAŞDIRMA

reklam

Azərbaycan CEO-ları devalvasiydan qorxur, amma pullarının artacağını gözləyirlər – ARAŞDIRMA


Azərbaycanda iri şirkət rəhbərlərinin - CEO-ların ən çox qorxduğu hadisə məzənnə dəyişikliyidir (yəni devalvasiya). Baş direktorların 37%-dən çoxu məzənnə dəyişkənliyini biznesləri üçün ən böyük risk sayırlar. Hər 4 CEO-dan biri isə vergi dəyişikliklərindən narahatdır.
Bu barədə «Prays Vaterhaus Kupers» şirkətinin yerli şirkətlərin rəhbərləri arasında apardığı sorğuda məlum olub.
Amma CEO-lar optimistdir – FED.az xəbər verir ki, onların böyük hissəsi dünyada iqtisadi vəziyyətin dücələcəyini və rəhbəri olduğu şirkətlərin gəlirlərinin artacatını gözləyirlər.
Nəhayət, Azərbaycan şirkət rəhbərləri biznesi böyütmək üçün ən mühüm ölkə olaraq Rusiya, Türkiyə və ABŞ-ı görürlər.
FED.az xəbər verir ki, bu barədə «Prays Vaterhaus Kupers» şirkətinin yerli şirkətlərin rəhbərləri arasında apardığı sorğuda məlum olub.
80-dən çox şirkət rəhbəri bir yerdə
Dünyanın audit və biznes konsaltinq xidmətləri bazarındakı «Böyük Dördlüy»ə daxil olan «PwC Azerbaijan» şirkətinin belə sorğuları mütəmadi keçirilir – 2015, 2017 və sonuncu 2020-ci ildəki sorğularda müxtəlif sahələrdə fəaliyyyəti göstərən 80-dən artıq şirkət rəhbəri iştirak edib. «PwC Azerbayijan»dan FED.az-a bildirilib ki, intervyular əsasən onlayn aparılıb, sonra isə şəxsi görüşlər keçirilib. Sorğular zamanı tam məxfilik qorunub.
Sorğuda şirkət rəhbərlərinin ayrı-ayrı problemlərin həlli üçün gördükləri çıxış yolları və bunun üçün yeni imkanlar da öyrənilib. Sorğu həm də ona görə maraqlıdır ki, ilk dəfə 2015-ci ildə keçirilən sorğudan sonra ötən 5 ildə şirkət rəhbərlərinin fikirlərinin necə dəyişdiyini izləmək də mümkün olub.
Maraqlıdır ki, baş direktorların və ya CEO-ların cavabları göstərir ki, şirkət rəhbərlərinin öz şirkətlərinin artımı və dünyadakı iqtisadi artımla bağlı gözləntiləri arasında bağlılıq var. Başqa sözlə, şirkətlərin özü ilə bağlı gözləntilər ümumi iqtisadim artımdan asıdıdır. Beləliklə…
"Hər şey yaxşı olacaq"
Rəy sorğusu göstərib ki, son beş ildə iqtisadi (ÜDM) artımın sürətlənəcəyinə artımının artacağına inanan Azərbaycan rəhbərlərinin faizi iki qat artıb – 2015-ci ildəki 23%-dən 2020-ci ildə 52,5%.
«Qarşıdakı 12 ayda dünyada iqtisadi artımın artacağına, azalacağına, yoxsa olduğu kimi qaldacağına inanırsınız?» sualının cavabında demək olar ki, hər iki şirkətdən birinin rəhbəri nikbinliyin artdığını bildirirlər.
Şirkət rəhbərlərinin 18,8%-i qarşıdakı bir il ərzində iqtisadi artımın bir qədər zəifləyəcəyini, 27,5%-i vəziyyətin olduğu kimi qalacağını, 52,5%-i yavaş-yavaş artacağını, 3,8% isə daha sürətli artacağını gözləyir.
Əksər şirkətlərdə CEO-lar öz təşkilatlarının gəlirlərinin də artımını gözləyirlər. CEO-ların qarşıdakı üç ilin perspektivləri ilə bağlı əminlikləri 2015-ci ildən bəri görünməmiş yüksək səviyyədədir.
Məsələ bundadır ki, «PwC Azerbaijan»ın 2015-ci ildə keçirdiyi eyni sorğuda baş direktorların dünya iqtisadiyyyatı ilə bağlı pessimistlikləri rekord səviyyədə idi. Amma sonradan nikbinlik artıb, 2017-ci ildə 45%, 2020-də isə 52,5%-ə yüksəlib.
2020-ci ildə dünya iqtisadiyyatında zəifləmə olacağını düşənən yerli CEO-ların payı 2017-ci ildəki 42%-dən 18,8%-ə enib. Bu il yalnız 27,5% CEO iqtisadi artımın olduğu kimi qalacağını bildirib, 2017-də isə bu rəqəm 53% idi.
Azərbaycanda nikbinliyin artımı həm də, 2015-ci ildəki devalvasiyadan sonra yerli valyutanın - manatın dollar qarşısında məzənnəsinin sabitləşməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün görülən işlərlə bağlıdır.
«Şirkətimin gəliri yüsələcək» deyənlər 2 dəfə artıb
Sorğuda «Qarşıdakı 1-3 ildə şirkətinizin gəlirlərinin artacağına nə qədər əminsiniz?» sualına 90%-dən çox müsbət cavab gəlib. 60,8% gəlirlərinin artacağına «çox əminəm», 31,6% «bir qədər əminəm», 6,3% «çox də əmin deyiləm», 1,3% «bilmirəm» cavabını verib.
2015-2017-ci illərdə «çox əminəm» deyənlər müvafiq olaraq 12% və 28%, «bir qədər əminəm» deyənlər 44% və 38%, «çox da əmin deyiləm» deyənlər isə 28% və 23% olmuşdu.
Başqa sözlə, son 3 ildə çox əmin olanların sayı 2 dəfədən çox artıb, «çox da əmin deyiləm» deyənlər isə 23%-dən 6,3%-ə düşüb.
Şirkət hesab edir ki, nikbinliyin belə sürətli artımı, 2015-ci ildən sonra ölkədəki iqtisadi artımın nəticəsidir.
Hər 3 CEO-dan 2-si özünü «rəqibindən irəlidədir»
Sorğu şirkət rəhbərlərinin öz rəqiblərinə münasibətlərində də maraqlı məqamları ortaya çıxır. Məlum olub ki, CEO-ların 38,8%-i hesab edir ki, onlarin şirkətləri maliyyə göstəricilərinə görə, rəqiblərini qabaqlayırlar.
«Şirkətinizin maliyyə vəziyyəti rəqiblərinizlə müqayisədə necədir?» sualının cavabında rəyi soruşulan hər 3 CEO-dan 2-si bildirib ki, rəqəbindən irəlidədir. CEO-ların 38,8%-i rəqəbindən «xeyli irəlidə» olduğunu, 28,8%-i «bir qədər irəlidə» olduğunu, 17,5%-i «eyni vəziyyətdə» olduğunu, 10% «bir qədər geridə» olduğunu, 1,25% isə «xeyli geridə» olduğunu bildirib.
«Gəlirləri artırmaq üçün nə edirdim?»
Sorğu zamanı şirkətin gəlirlərini artırmaq üçün mümkün üsullar barədə CEO-ların fikirləri alınıb. Məlum olub ki, şirkət rəhbərləri gəlirlərin artırılmasının əsas yolunu əməliyyyat effektivliyinin artırılmasında (xərcləri azaltmaq, gəlirləri artırmaq) görürlər.
«Gəlirlərinizi artırmaq üçün qarşıdakı 12 ay ərzində hansı addımları atmağı planlaşdırırsınız?» sualına respondentlərin 82,5%-i «əməliyyat effektivliyini artırmaq lazımdır» cavabını verib. Bir neçə variantın seçilməsi mümkün olan sorğuda 62,5% bildirib ki, təbii artıma üstünlük verir.
CEO-ların 55%-i yeni xidmət va ya məhsulların buraxılmasını, 25% yeni strateji alyans və ya birgə müəssisənin yaradılmasını, 23,8% yeni bazarlara daxil olmağı, 15% sahibkarlarla əməkdaşlıq etməyi, 7,5% başqa şirkətlərə birləşməyi gəlirlərin artırılması üçün çıxış yolu sayır. 3,8% isə gəliri artırmağın yolunu sadəcə biznesi satmaqda görüb.
Sorğu nəticələri göstərir ki, Azərbaycanın şirkət rəhbərlər yeni bazarlara çıxışı prioritet məsələ – yəni vacib saymırlar. Başqa şirkətlərlə birləşmək də «dəbdə» deyil - CEO-ların cəmi 7,5%-i bunu mümkün sayır, əvvəllər də belə olub -2015-də 6%, 2017-ci ildə isə cəmi 5% belə düşünüb.
Bu incə məqam ondan xəbər verir ki, yerli idarəçilərin çoxu effektivliyin artırılması deyəndə təkcə gələcəkdə yeni imkanların yaradılmasını deyil, hazırki mürəkkəb bazar şəraitində işləməyi də nəzərdə tuturlar.
Azərbaycanda «Silikon Vadisi» yaracaqlar
Sorğu göstərir ki, yerli rəhbərlər texnologiya, telekommunikasiya və …mediaya pul qoymağa maraq göstərirlər.
«Hansı sahələrə qarşıdakı 12 ay müddətində sərmayə edə bilərsiniz və ya həmin sahəni prioritet hesab edirsiniz?» sualına CEO-ların 57,5%-i TMT (rabitə, əyləncə və media, texnologiyalar və başqa sahələr) cavabını verib. İkinci yerdə 46,6%-lə maliyyə xidmətləri (Hec fondlar, investisiyaların idarə edilməsi, bank işi və kapital bazarı, sığorta, özəl kapital, və başqa maliyyə xidmətləri), sonrakı yeri 30%-lə IM & A (aerokosmik və müdafiə sənayesi, avtomobilqayırma, biznes xidmətləri, injinirinq və tikuinti, sənaye istehsalı və sair) tutur. CEO-lardan 19,2% səhiyyə sektoruna, 8,2% əczaçılıq və sağlamlıq elmlərinə (əczaçılıq, tibbi avadanlıq, biotexnologiya), 8,2% metal və mədən hasilatına, 5,5% isə enerji istehsalına vəsait yatırmaq barədə düşünür.
CEO-ların yarıdan çoxunun texnologiya, media və telekommunikasiyaya yatırım edəcəyi ilə bağlı fikirləri sorğu müəllifləri üçün sürpriz olmayıb. Çünki bu sahələr son illər həm sürətlə inkişaf edir, həm də ictimaiyyəti daha çox əhatə edir. Hər 5 CEO-dan biri isə sağlamlıq sahəsinə yatırım etmək istəyir və bu məqam Azərbaycanda həmin biznesin populyarlaşdığını göstərir.
«Müştərinin nə istədiyini bilirik»
Sorğu zamanı Azərbaycandakı baş direktorların 76,3%-i bildirib ki, müştəriləri üçün dəyər yaratdıqlarını düzgün təsəvvür etmələri onlara öz strateji məqsədlərinə nailş olmağa imkan verir. Daha sadə desək, hər 4 CEO-dan 3-ü hesab edir ki, müştərilərin nə istədiyini yaxşı bilir.
«Hansı amil sizin strateji məqsədlərinizə nail olmanıza imkan verir?» sualının cavabında 40% bildirib ki, rəqiblərindən fərqli imkanları var, 35,3% bildirib ki, onlar resursları strateji cəhətdlən düz bölüşdürürlər, 31,3% hesab edir ki, onların üstün cəhəti həmin sahəyə aid mütəxəssisləri cəlb edib, daha da inkişaf etdirə bilirlər. Sorğuda CEO-ların 28,7% müştərilər üçün unikal dəyər yaratlıqlarını, 26,3% yeni imkanlardan istifadə etdiklərini, 22,5% isə lazımi strateji addımları atdıqlarını – uğurun səbəbi kimi qeyd ediblər.
Cavablardan aydın olur ki, yerli şirkət rəhbərləri bazardakı yeni imknalardan istifadə etməyə o qədər də meylli deyillər.
Biznes üçün ən vacib ölkələr Rusiya və Türkiyədir
Azərbaycanda iri şirkətlərin rəhbərləri bizneslərini inkişaf etdirmək üçün ən vacib ölkələr kimi Rusiya və Türkiyəni görürlər.
«Rəhbərlik etdiyiniz təşkilatın qarşıdakı 12 ay ərzində inkişafı perspektivləri baxımından hansı 3 ölkəni vacib hesab edirsiniz?» sualına rəyi soruşulanların 40,5%-i Rusiyanı, 39,2% isə Türkiyəni qeyd edib. Başqa sözlə, şirkət rəhbərləri öz bizneslərinin kişafı baxımından bu iki ölkəyə sərmayə yatırılmasını və ya həmin ölkələrlə əlaqələri daha vacib sayıb.
Ümumilikdə isə şirkət rəhbərləri 5 ölkənin adını daha çox çəkiblər – Rusiya (40,5%), Türkiyə (39,2%), ABŞ (17,6%), Çin (14,9%), Almaniya (14,9%).
Bunlardan iki ölkə Azərbaycanın yaxın qonşuları, 3 ölkə isə dünya iqtisadiyyatının aparıcı gücləridir.
Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə üçünxcü yerlə bağlı dəyişiklik var. Belə ki, 2015-ci ildə keçirilən sorğuda 3-cü yeri İran, 2017-ci ildə isə Çin tutmuşdu.
CEO-ları "gecələr yatmağa qoymayan" dolların məzənnəsidir
Azərbaycanda biznesin ən çox çəkindiyi təhlükə manatın məzənnəsinin dəyişməsidir.
Baxmayaraq ki, sorğuda iştirak edən hər bir şirkət rəhbəri özünün «1 nömrəli təhlükəsini» qeyd edib, cavablar onu göstərir ki, biznes sahiblərini gecələr də yatmağa qoymayan ümumi təhlükə eynidir. Yerli valyutanın məzənnəsinin dəyişməsi – Azərbaycanda şirkət rəhbərlərinin əsas narahatlıqlarından biridir. Baxmayaraq ki, dünya üzrə sorğularda məzənnə dəyişikliyi yalnız 13-cü yerdədir.
Azərbaycanda baş verən sonuncu devalvasiyadan 5 il, manatın məzənnəsinin sabitləşdiyi 2017-ci ildən sonra isə 3 il keçib. İqtisadiyyatda və maliyyə sektorunda sabitlik yaranıb, manatın dollara məzənnəsi də dəyişmir. Amma manatın məzənnəsinin dəyişməsi təhlükəsi – 2015-ci ildə olduğu kimi, indi də yerli şirkət rəhbərləri üçün ən əsas narahatlıqdır.
«Aşağıda göstərilən hansı iqtisadi, siyasi, sosial və ekolorji təhlükələrdən hansı sizin təşkilatın inkişafı üçün təhlükə yaradır?» sualına cavab verərkən CEO-lardan 37,2%-i valyuta məzənnəsini biznes üçün əsas risk sayıb. Bu sayda iş adamı məzənnə dəyişikliyi riskindən «həddən artıq narahat» olduqlarını bildirib. Daha 32% isə bu riskdən «bir qədər narahat» olduğunu bildirib. Başqa sözlə, məzənnə dəyişikliyi ümumilikdə 70%-ə yaxın şirkət rəhbərini narahat edir.
Azərbaycan CEO-larının daha bir narahatlığı geopolitiki qeyri-müəyyənlikdir (32,5%). Sonrakı risklər vergi ilə bağlı qeyri müəyyənlik (23,38%) və iqtisadi artımla bağlı qeyri-müəyyənlikdir (23,38%).
Sorğu müəllifləri hesab edir ki, vergi ilə bağlı qeyri-müəyyənliklərin şirkətlər üçün əsas risklərdən birinə çevrilməsinin səbəbi Vergi xidmətindəki yeniliklər, vergi qanunvericiliyinə daima dəyişikliklərin edilməsi, vergi yoxlamalarının bərpa edilməsi və vergi yoxlamaları zamanı yeni inzibati nəzarət praktikasının (yeni vergi rejimi) tətbiqi ilə bağlıdır.
Şirkətləri narahat edən daha bir risk – geosiyasi risklər isə 2015-ci və 2018-ci ildə 3-cü yerdə olduğu halda, bu il 2-ci yerə yüksəlib. Sorğu göstərib ki, dünyadakı həmkarlarından fərqli olaraq Azərbaycandakı CEO-lar iqlim dəyişikliklərindən, kapitala əlçatanlıqdan, populizmdən və Avrozonanın gələcəyindən o qədər də narahat deyillər. Halbuki qlobal miqyasda şirkət rəhbərlərinin 24%-i iqlim dəyişikliklərindən və ətraf mühitə zərərdən çox narahatdırlar.
Dünyadakı həmkarlarından fərqli olaraq, Azərbaycandakı baş direktorlar isə daha çox onların birbaşa aidiyyatı olan məsələlərə diqqət yetirirlər. Çünki onlar hökumaətin fəaliyyətinin və bazar şəraitinin daha çox aydınlaşmasını gözləyirlər. Bu sualda ortaya çıxan digər məraqlı məqam – həddən artıq tənzimlənmə ilə bağlıdır. Həddən anrtıq tənzimləmə «PwC»nin bu sualı verməyə başladığı 2008-ci ildən bəri şirkətlər üçün əsas risklərdən sayılır.
Cəmi 5% işçiləri ixtisar edəcək
Sorğu göstərib ki, CEO-ların əksəriyyəti işçilərin ixtisar etmək niyyətində deyil.
Ümumilikdə, şirkət rəhbərləri eyni vxtda iki məsələni yerinə yetirməlidirlər. Birincisi, onlar yeni biznes model yaratmalıdırlar ki, rəqəmsal kanalları indiyədək mövcud olan fiziki kanallara inteqrasiya etsinlər. İkincisi, onlar çevik olmalı və öz təşkilatlarının effektivliyini artırmalıdırlar ki, birrəqəmli iqtisadi artımdan ibarət olan yeni reallıqlara uyğunlaşsınlar və rəqabətə davam gətirsinlər.
Bununla əlaqədar olaraq, hazırda Azərbaycandakı şirkət rəhbərləri etiraf edirlər ki, gələcəyin tələblərinə cavab vermək üçün onlar mövcud personalın potensialından maksimum istifadə etməlidirlər, ona görə də, insan əməyi onlar üçün əvvəlki kimi çox vacibdir. Deyilənlər özünü CEO-ların cavablarında da göstərir.
«Qarşıdakı 12 aylıq dövrdə sizin təşkilatın personalı artıb-azalacaq, yoxsa olduğu kimi qalacaq?» sualına CEO-ların 15%-i «xeyli artacaq», 52,5%-i «bir qədər artacaq», 26,2%-i «olduğu kimi qalacaq» cavabını verib. CEO-lardan yalnız 5%-i işçilərini «bir qədər ixtisar» edəcəyini bildirib. Başqa sözlə, şirkət rəhbərlərinin yarıdan çoxu, 2020-ci ildə işçilərinin sayının artacağını gözləyir.
2017-ci ildə isə direktorların təqribən yarısı insan kapitalına yatırım etməyi və işçilərini artırmağı düşünürdü. 2015-də bu rəqşəm cəmi 31% idi. Bu il direktorların 26%-i düşünür ki, işçilərin sayı olduğu kimi qalacaq, 5% isə işsilərini ixtisar etmək niyyətindədir. İxtisara yanaşmada son 5 ildə böyük dəyişiklik var, belə ki, 2015-də hər iki CEO-dan biri işçilərini ixtisar edəcəyini bildirmişdi.
Koronavirus planları pozacaq
Qeyd edək ki, sorğu 2020-ci ilin yanvarında keçirilib və koronavirusun yaratdığı fərqli vəziyyət burada əskini tapmayıb.
Sorğuda iştirak edən şirkətlərin 70%-nin işçilərinin sayı 500-ə qədərdir. 21,6% şirkətin işçi sayı 1000-5000 arasında, 10,8%-in işçi sayı 500-999 arasındadır. Sorğuda iştirak edən şirkətlərdən 2,7%-in işçi sayı 5000-10 000 arasında olanlardır.


Paylaş:


Müəllif : Tarix:
7-06-2020, 22:16
Sikayət   


loading...
Загрузка...