NAZİRLİK RƏSMİSİ İQTİSADÇIYA CAVAB VERDİ - “Onun məsələlərə yanaşmasında qərəz, manipulyasiya açıq-aydın görünür”
“Son günlər Qubad İbadoğlu sosial şəbəkələrdə müxtəlif iqtisadi mövzulara özünəməxsus tərzdə “şərhlər” verməklə əslində ardıcıl təxribatlara cəhd göstərir. Onun bu cür paylaşımlarının arxasındakı təxribat niyyəti sosial şəbəkə istifadəçiləri tərəfindən aydın görünür, əksəriyyət də buna düzgün qiymət verir”. Bu fikirləri Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev sosial şəbəkədə paylaşıb.
Nazirlik rəsmisi daha sonra yazır: “Q.İbadoğlu gah dövlətlərarası maliyyə inistutları olan AYİB və Asiya İnkişaf Bankı rəhbərlərinin təşəbbüsü ilə Azərbaycanın dövlət başçısı ilə keçirilən video-görüş barədə özünəməxsus əsassız fərziyyələr irəli sürür, gah da Maliyyə Nazirliyinin rəhbərliyinin Milli Məclisin səlahiyyətlərini mənimsəməsi barədə cəfəng fikirlər formalaşdırmağa çalışır. Onun məsələlərə yanaşmasında qərəz, manipulyasiya açıq-aydın görünür.
Maliyyə Nazirliyi olaraq bildiririk ki, büdcə siyasəti ilə bağlı atılan hər bir addım, qəbul edilən bütün qərarlar ölkənin qanunlarına, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilir. Bunu həmin qanunlara diqqət və səbrlə, obyektivlik və ədalət prinsiplərini göz önündə tutaraq baxmaqla görmək olar.
Qubad İbadoğlu kimiləri isə qanunvericilik çərçivəsində həyata keçirilən tədbirlərə görə narahat olmaya bilərlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-06-2020, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-06-2020, 13:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26