«Standard Insurance»da sığortası olanlara - KİM ÖDƏNİŞ EDƏCƏK?
Azərbaycan Mərkəzi Bankı (AMB) bir qədər əvvəl lisenziyası ləğv edilmiş «Standard Insurance» sığorta şireətinin sığorta portfeli ilə bağlı vəziyyətə aydınlıq gətirib.
AMB-dən verilən məlumata görə, lisenziyanın ləğvindən əvvəlki tarixlərdə ASC “Standard Insurance" Şirkəti ilə bağlanmış sığorta müqavilələri qüvvədədir və bu müqavilələr üzrə sığorta hadisəsi baş verdikdə həmin hadisədən dəymiş ziyan qiymətləndirilərək müvafiq ödəniş həyata keçiriləcəkdir.
Hazırda ASC “Standard Insurance” Şirkətinə müvəqqəti inzibatçı təyin edilib. Lisenziyanın ləğv edildiyi tarixə qədər bağlanılan bütün müqavilələr üzrə baş verən hadisələrin tənzimlənməsi əvvəlki qaydada həyata keçirilir.
Mərkəzi Bank bildirir ki, Şirkətin ləğv edilməsi prosesinə başlanması üçün məhkəməyə müraciət edilib. Məhkəmə tərəfindən müflisləşmə qaydasında ləğvetmə barəsində müvafiq qərar verildikdən sonra qüvvədə olan müqavilələr üzrə baş vermiş hadisələrə görə ödənişlərin həyata keçirilməsi qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar çərçivəsində həyata keçiriləcəkdir. Ləğvetmə prosesində bütün icbari sığorta müqavilələri üzrə sığorta ödənişlərinin həyata keçirilməsi İcbari Sığorta Bürosu tərəfindən həyata keçiriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-05-2020, 13:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-05-2020, 13:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26