Bu ölkədə avtomobil satışı böhranı yarandı
Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada avtomobil satışı bazarında böhran yaranıb.
Avstriya Statistika İdarəsinə bildirir ki, ötən ay Avstriyada keçən ilin apreli ilə müqayisədə 64,9 faiz az, yəni cəmi 11 min 220 minik avtomobili dövlət qeydiyyatından keçib. İdarənin məlumatına əsasən, benzin mühərriki ilə çalışan yeni avtomobillərin qeydiyyatı 71 faiz, dizel mühərriki ilə çalışan avtomobillərdə isə 63, 8 faiz azalıb. Elektrik mühərriki ilə çalışan avtomobillərdə vəziyyət nisbətən yaxşı (23,1 faiz geriləmə) olub.
Yük maşınlarının satışında da geriləmə müşahidə olunduğu aprel ayında yeganə artım kənd və meşə təsərrüfatı maşınlarında qeydə alınıb. Statistika İdarəsinin hesabatına əsasən, apreldə 19 min 950 nəqliyyat vasitəsi (ötən ilin aprel ayı ilə müqayisədə 56,6 faiz az) qeydiyyata alınıb.
Qeyd edilməlidir ki, ölkədə ən çox satılan ilk on avtomobil markasının hər biri ötən ay ciddi satış itkisi ilə üzləşib: Skoda (-44,7 faiz), Renault (-51,4 faiz), Audi (-56,7 faiz), Mercedes (-57,6 faiz), BMW (-57,7 faiz), Peugeot (-62,3 faiz), VW (-66,6 faiz), Kia (-67,2 faiz), Ford (-67,5 faiz) və Seat (-74,0 faiz). Bu göstəricilər isə öz növbəsində avtomobil istehsalı sənayesində böhranı qaçılmaz edə bilər. /Azərtac
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2020, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-05-2020, 09:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26