Daha iki bank bağlandı: Banklar nədə səhv edir? - GƏLİŞMƏ
Hazırda bankların bir çoxunun üzləşdiyi problemin əsas günahkarı özləridir, çünki xəbərdarlığa baxmayaraq, yenə də öz ənənəvi istehlak kreditləri üzərində fəaliyyətlərini davam etdirirlər. İstehlak kreditləri əsasında bank xidməti aparmaq olmaz. Bankların üzləşdiyi mövcud vəziyyət bunu bir daha sübut edir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov Mərkəzi Bankın İdarə Heyətinin aprelin 28-i tarixli qərarına əsasən Atabank ASC və Amrah Bank ASC-nin lisenziyalarının ləğv edilməsinə münasibət bildirərkən deyib. O deyib ki, Azərbaycanda vaxtilə 30-a yaxın bank fəaliyyət göstərirdi:
“Lakin bu bankların bir çoxu 2015-2016-cı illər böhranından sonra öz fəaliyyətini dayandırdı. Yəni hazırda bankların üzləşdiyi problem mövcud vəziyyətlə əlaqədar deyil. Bankların hazırkı vəziyyəti uzun müddət davam edən yanlış prosesin məntiqi nəticəsidir”.
Ekspert bildirib ki, ölkə başçısının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, banklar yenə də öz iş prinsiplərində dəyişiklik etmir:
“2015-2016-cı ildə neft qiymətlərinin dünya bazarında aşağı düşməsi nəticəsində bank sektorunda iqtisadi çatlar hiss edilməyə başladı. Bank sistemində problem ilk olaraq özünü Beynəlxalq Bankda göstərdi. Həmin dövr üçün ölkə rəhbərliyinin Beynəlxaq Banka lazımi dəstək verməsi və bankın xarici valyuta öhdəliklərini kompensasiya etməsilə bu bank çökmə təhlükəsindən xilas oldu. Beynəlxalq Bankın çökməsi domino effekti yarada bilərdi. Ölkə rəhbərliyi isə bu təhlükənin qarşısını aldı. Lakin bununla belə 11 bank sıradan çıxaraq öz fəaliyyətini dayandırdı. Bugünkü vəziyyət bir daha onu göstərir ki, banklar verilən dövlət dəstəyinə baxmayaraq, öz iş prinsipini düzgün qura bilmir. Bu gün bankların bir çoxunun vəziyyəti qeyri-qənaətbəxşdir”.
Buna baxmayaraq, ekspert bankların lisenziyasının ləğv edilməsini məqbul saymayıb:
“Hazırda ən stabil banklar ölkədə Paşa Bank, Kapital Bank, Xalq Bank və sairdir. Lakin bu o demək deyil ki, yerdə qalan bankların lisenziyasını ləğv etmək lazımdır. Yəni bu çıxış yolu deyil. Problemdən çıxış yolu lazımi islahatlarla, məsləhət və tövsiyələrlə bankların normal siyasət aparmasına çalışmaqdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-04-2020, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-04-2020, 09:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26