BP Azərbaycanda neft hasilatını azaldacaq – Hökumətlə danışıqlar gedir
İngiltərənin neft və qaz şirkəti BP, OPEC+ sazişində iştirak edən ölkələrdəki layihələrində neft hasilatını azaltmağa hazırdır.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə şirkətin Layihələr üzrə İcraçı Maliyyə Direktoru Muray Oçinkloss, investorlarla telekonfrans zamanı söyləyib. O, OPEC+ sazişinə görə şirkətin öz layihələri üzrə istehsalını məhdudlaşdırıb-məhdudlaşdırmayacağına dair sualı cavablandırarkən belə deyib.
“Buna cavabımız bəllidir. Bu gün Anqola, Azərbaycan, Rusiya və Yaxın Şərqdə danışıqlar aparırıq. Nömrələri sizə verməyəcəyəm, amma bəli, sualınıza cavab olaraq deyim ki, ikinci rübdə OPEC+ sazişinin işləməsi səbəbindən hasilatın azalmasını görəcəyik. Həcmlər bu gün ən vacib şey deyil”, - Oçinkloss vurğulayıb.
Top menecerin sözlərinə görə, şirkətin işinin şaxələndirilməsi səbəbindən neftin satılması və ya saxlanması ilə bağlı heç bir problem yoxdur. O, qeyd edib ki, dünyanın bir çox şirkətləri bazarın həddən artıq dolması səbəbindən istehsalını dayandırmaq məcburiyyətində qalırlar.
Xatırladaq ki, sazişin bir hissəsi olaraq, OPEC+ ölkələri may-iyun aylarında hasilatı gündə 9,7 milyon barel azaldacaq.
BP-nin Rusiyadakı əsas aktivi “Rosneft”-in kapitalında 19,75%-dir. Bundan əlavə, BP “Rosneft” ilə üç birgə müəssisədəki paylara sahibdir: Şərqi Sibirdəki “Srednebotuobinskoye” neft və qaz-kondensat yatağını inkişaf etdirən “OOO Taas-Yuryakh Neftegazodobycha”-da 20%, Qərbi Sibir və Yenisey-Xatanqa hövzəsində kəşfiyyat işləri aparan “Ermak Neftegaz MMC”-də 49%, “Kharampurneftegaz”-da eyni həcmdə - 49 faiz paya sahibdir.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-04-2020, 18:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-04-2020, 18:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26