Azərbaycan neftinin yeni qiyməti AÇIQLANDI
Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün 2,1 dollar bahalanaraq 18,7 dollar olub.
Yeniavaz.com xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti sonuncu dəfə 2 gün əvvəl – 22 aprel tarixində 15,8 dollara düşərək anti-rekorda “imza atıb”.
Bundan əvvəl isə "Azeri Light" markalı neftinin qiyməti bu ilin aprel ayının əvvəlində ən aşağı səviyyəyə düşüb. Aprel ayının 2-də "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 16,5 dollar olub.
Onu da bildirək ki, "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.
Bu gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 1,4% bahalanaraq hazırda 1 barelə görə 21,6 dollar təşkil edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin dəyəri isə bu gün 4,1% bahalanaraq hazırda 1 barelə görə 17,2 dollar olub.
Məlumat üçün bildirək ki, 3 gün əvvəl ABŞ-a məxsus WTI markalı neftin dəyəri (may ayı müqaviləsi) tarixində ilk dəfə olaraq bir gün ərzində 308% ucuzlaşaraq mənfi 38 dollar düşüb.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2020, 17:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-04-2020, 17:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01