NEFT FONDU ÜÇÜN DİLEMMA: ehtiyatları qoruyaq, yoxsa, xərcləyək? – Ekspertlərdən təkliflər
Azərbaycan Dövlət Neft Fondunun (ADNF) aktivləri bu ilin əvvəlindən təqribən 2 milyard dollar azalıb. Bu barədə ADNF-in aprelin 16-da yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, 2020-ci ilin birinci rübünün sonuna ADNF-nin aktivləri 41 milyard 349 milyon ABŞ dollarına bərabər olub. Halbuki, 2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515 milyon ABŞ dolları) nisbətən 12,48 faiz artaraq 43 milyard 323 milyon ABŞ dolları olmuşdu.
Neft bazarında hazırkı durum ADNF-nin ehtiyatları ilə bağlı bir sıra suallar doğurur. Neft yenidən bahalaşmayacaqsa, ( bu ilin əvvəlindən 2 dəfədən çox ucuzlaşıb) Azərbaycan ehtiyatları sürətlə xərcləməyəcəkmi? Belədə hansı təcili addımlar atılmalıdır?
Deputat Vahid Əhmədov hesab edir ki, karantin rejimi tədricən müəyyən qədər yumşalmalıdır. Onun fikrincə, vaxtıçatdıqca bir sıra müəssisələrin işləməsinə icazə verilməlidir ki, problem yaranmasın, istehsal dayanmasın və müəyyən inkişaf olsun: “Çünki indiki durum ciddidir. Məsələ ondadır ki, karantin başlayandan iqtisadiyyatımızda enmələr var və biz bir müddət sonra bunu hiss edəcəyik. Xüsusən neftin qiyməti də aşağıdır. İkinci, orta və kiçik sahibkarların işləməsi üçün müəyyən şərait yaradılmalıdır, məsələn, bərbərlər, çəkməçilər üçün. Bu şərtlə ki, qaydalara riayət etsinlər. Üçüncü, rayonlardan şəhərlərə gələn məhsullar üçün şərait yaratmaq lazımdır ki, bazara çıxarda bilsinlər. Hazırda alıcılıq qabiliyyəti aşağı düşüb, mən marketlərdə söhbətlər aparıram. Elə etmək lazımdır ki, alıcılıq qabiliyyəti enməsin, yardımlar ünvana dəqiq çatdırılmalıdır”.
Ehtiyatların xərclənməsinə gəlincə, Vahid Əhmədov bildirib ki, ehtiyat millət üçündürsə, xərclənməlidir: “Millətin normal yaşaması, əziyyət çəkməməsi üçün xərclənməlidir. Amma bu o demək deyil ki, Fondun bütün ehtiyatları xərclənib qurtarmalıdır. Müəyyən hissəsi istifadə edilib müəyyən hissəsinin qalmasına çalışmalıyıq. Ona görə də yumşalmaya gedilməli, bir sıra müəssisələr qaydaları gözləməklə işləməlidir. Ola bilsin, karantin 10-15 gün uzadılsın (Vahid Əhmədovla bu müsahibə aprelin 17-də götürülüb. Aprelin 18-d xüsusi karantin rejiminin aprelin 20-dən mayın 4-nə kimi uzadıldığı açıqlanıb-red), amma müəssisələr tədricən işləyib vergi ödəməlidir ki, insanlar maaş və pensiya ala bilsinlər. Nəzərə alın ki, dövlət başçısı 2.4 milyard vəsait ayırdı və yenə ayıracağını söylədi”.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədi ilə sərəncam verib. Həmin sərəncamın icrası ilə bağlı 1 milyard manat ayırılıb. Daha sonra O, aprelin 17-dəƏmək vəƏhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vəİqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi videobağlantı formatında iclasda bu məsələ ilə bağlı bunları deyib: “Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatıötəcək ( Prezident işsizlərə ayrılan 190 manat yardımın 200 min əvvəzinə 600 minə çatdırılması və başqa göstərişlər verdi-red).
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadşı Qubad İbadoğlu isə mövzu ilə bağlı“Azadlıq” radiosuna deyib ki, Neft Fondu təzyiqlər altındadır: “Çünki I rüb Fondun gəlirləri dekabr, yanvar və fevral ayıüzrə müqavilələr əsasında daxil olub. Ona görə də Fondun proqnozlaşdırıldığı qədər I rübdə gəlir daxil olub, dekabrda imzalanan müqavilələr üzrə neftin qiyməti yuxarı olub, o cümlədən, yanvar və fevralda. Martda qiymətin ucuzlaşmasının Fondun gəlirlərinə təsirini apreldə görəcəyik. Səbəb, martdakı satışlara görə ödənişlər artıq apreldə daxil olacaq. Bu baxımdan Fondun çətin günləri bu rübdən başlayıb.”
Q. İbadoğlu bildirib ki, növbəti rüblərdə də neftin qiymətinin ucuzlaşması gözlənildiyindən aktivlərin istifadəsinin başqa alternativini tapmaq Azərbaycan hakimiyyəti üçün asan olmayacaq: “Bilirsiniz ki, Azərbaycan davamlı olaraq maliyyə mənbəyini neft satışından ələ edilirdi, neftdən kənar sahələrdə isə karantin və başqa səbəblərdən yeni mühitdə müsbət çağırışlar gözlənilmir. Daxili maliyyə qaynaqları sırasında özəlləşdirmə ola bilərdi, amma bu gün onu həyata keçirmək uyğun vaxt deyil. Məsələn, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərini bazara çıxartmaq olardı, amma onun üçün hüquqi forma dəyişməlidir və bu, zaman tələb edir. Maliyyə qaynaqları sırasında hakimiyyətin “gizli iqtisadiyyat”ın leqallaşmasına üstünlük verdiyi görünür. İndiki halda “gizli iqtisadiyyat” leqallaşsa da, oradan maliyyə götürmək mümkün olmayacaq. Rusiyada hələ karantindən əvvəl iki dəfə buna cəhd etdilər, ciddi nəticələr ortaya qoyulmadı”.
İqtisadçı təklif edir ki, hökumət büdcə xərcləmələrində və ADNF-də maksimum qənaət rejiminə keçməli, şəffaflıq və hesabatlılıq artırmalıdır: “Xüsusilə ADNF-də idarəçilik sisteminə yenidən baxılmalıdır. Fondun əsasnaməsinin 5.4 maddəsinə görə, müşahidəçilər sırasında ictimaiyyətin nümayəndələri də təmsil olunmalıdır ki, hesabatlılıq vəşəffaflıq artsın. Bundan əlavə tenderlər rəqabətli və açıq olmalıdır. Məsələn, 350 milyon manat tibb avadanlıqları və ləvazimatlarının alınmasına ayrılıb, amma bunun haradan alınması, hansışirkətin almasını, nə qədər ödədiyi bilinmir. Yeganə təklif şəffaflıq, hesabatlılıq və xərclərin rasionallaşdırması, optimallaşdırılmasıdır. Həm də pul-kredit vasitələrlə stimullaşdırıcı tədbirlərəüstünlük verilməlidir ki, iqtsiadiyyatda işgüzarlığı fəallaşdıran imkanlar önəçıxsın. Bu baxımdan vergi, kredit, pul və digər tənzimləyici vasitələrdən də səmərəli, aktiv istifadə etmək lazımdır”.
Xatırladaq ki, Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Bu Fonda yarandığı vaxtdan indiyə kimi ümumilikdə təqribən 165 milyard ABŞ dollarına yaxın vəsait daxil olub. Bu vəsaitin böyük bir hissəsi büdcəyə transfert olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2020, 14:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-04-2020, 14:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti