Bu qədər şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Bu ilin yanvar-mart aylarında e-qaydada 5 600 şəxsə pensiya, 24 000 şəxsə isə müavinət-təqaüd təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az -a verilən məlumata görə, ümumilikdə ötən il və cari ilin ilk rübündə 65 minə yaxın şəxsə qeyd edilən sosial təminat növlərinin e-qaydada təyinatı aparılıb.
Bununla da, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, onlara e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.
2019-cu ildə ölkəmizdə pensiya, müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış təyinat sistemləri işə salınıb. Ötən il bu proaktiv xidmətlər vasitəsilə 15 min şəxsə elektron qaydada pensiya, 20 min şəxsə e-qaydada müavinət-təqaüd təyin edilmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-04-2020, 14:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-04-2020, 14:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti