Azərbaycanda iqtisadi model DƏYİŞİKLİYİ: - “Dollar hegemonluğuna söykənən iqtisadi dövr bitir”
“Gözlənilən proseslər daxili bazarımızın məhz yeri məhsullarla təmin olunmasına istiqamətlənmiş bir siyasət olmalıdır”.
regionxeberlericom.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının, o cümlədən, digər proseslərin qlobal və milli iqtisadiyyatlara müşahidə olunan təsirinin mümkün nəticələrini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Elşad Məmmədovun fikrincə, bu gedişat qlobal dünya iqtisadiyyatına və dollar hegemonluğuna söykənən iqtisadi dövrün artıq başa çatdığını göstərir:
“Hazırda koronavirus pandmeiyası ilə yanaşı, dünya bazarında neftin kəskn ucuzlaşması və bütövlükdə dünya iqtisadiyyatının böhran dövrünə keçməsi müşahidə olunur.
Bütün ölkələrin iqtisadiyyatı bu vəziyyətin mənfi təsirlərini ciddi şəkildə hiss edəcək. Bu nöqteyi-nəzərdən, bütün dünya ölkələri makroiqtisadi idarəetmə siyasətində ciddi dəyişikliklər etməyə məcbur olacaqlar.
İşüzar fəallığın kəskin şəkildə aşağı düşdüyünü nəzərə alsaq, dünya iqtisadiyyatının əvvəlki şərtlərlə idarə olunması mümkünsüz görünür”.
Elşad Məmmədova görə, mövcud proseslər ölkə iqtisadiyyatından təsirsiz ötüşməyəcək və bu baxımdan, Azərbaycanın da iqtisadi modelində dəyişikliklər baş verəcək:
“Azərbaycan iqtisadiyyatında idarəetmə modelinin kəskin şəkildə dəyişəcəyi gözləniləndir. Artıq bununla bağlı müəyyən işarələr var. Ölkədə tikinti kooperasiyası, investisiya holdinqinin dövlət tərəfindən yaradılması nəzərdə tutulur. Eyni zamanda dövlətin iqtisadiyyatda iştirakının kəskin şəkildə güclənməsi dünyada baş verən trendlərlə uyğunluq təşkil edir.
İqtisadi idarəetmədə edilən dəyişikliklər kredit siyasəti, bank sektoru, büdcə vergisi siyasəti, xüsusilə də, daxili investisiyaların iqtisadiyyata axınının təmin olunmasında öz əksini tapmalıdır.
Həmçinin xarici iqtisadi siyasətdə də ciddi dəyişikliklər baş verəcək. Bu proseslər həm regional iqtisadi inteqrasiya, həm də daxili bazarımızın məhz yeri məhsullarla təmin olunmasına istiqamətlənmiş bir siyasət olmalıdır. Yəni idxaldan asılılığı maksimum şəkildə azaltmalıyıq.
Ölkə iqtisadiyyatında dayanıqlığın təmin edilməsi baxımından məhz yerli istehsalın formalaşması zəruridir. Mürəkkəb iqtisadi şəraitdə milli iqtisadiyyatın dayanıqlığını qorumaq üçün iqtisadi idarəetmədə yeni yanaşmalara ehtiyac var”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-04-2020, 17:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-04-2020, 17:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti