Neft yenə kəskin ucuzlaşdı – Beynəlxalq ekspertlər bədbin proqnozlar verirlər
Aprelin 6-da qlobal neft qiymətləri birdən birə 8 faiz və 3 faiz düşüb. CNBC yazır ki, bu, ilk növbədə böyük neft ixracatçıları arasında hasilat ixtisarına dair razılaşmanın əldə olunacağının qeyri-müəyyənliyi ilə bağlıdır.
Neft qiymətlərinin kəskin enişini hətta Moskvanın Ər-Riyadla hasilat ixracına dair razılaşmaya çox yaxın olduğuna dair verdiyi xəbər də dayandıra bilməyib.
Aprelin 6-da ABŞ neftinin füçers qiyməti 7.97 faiz düşərək bir barrel üçün 26.08 dollar olub. Brent markasından olan neftin qiymətində 3.1 faiz azalma baş verib. İndi bir barrelin qiyməti 33 dollar civarındadır. Azərbaycanın “Azeri Light” markasından olan neftinin qiyməti aprelin 6-da bir barrel üçün 22.48 - 24.14 dollar idi.
Aprelin 6-da ABŞ və Səudiyyə enerji nazirlərinin görüşündə də yalnız “dialoqun G20 formatında davam etdiriləcəyinə” dair razılaşma əldə olunduğu deyilir. Gün ərzində “Reuters” agentliyi Rusiyanın hasilat ixtisarına hazır olduğunu xəbər vermişdi. Bu xəbərlər olmasaydı, neftin qiyməti daha kəskin düşə bilərdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2020, 11:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-04-2020, 11:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti