Koronavirusun aktuallaşdırdığı YENİ İQTİSADİ SİSTEM: - “Bu gerilik aradan qaldırılmasa...”
“Ölkənin yeni iqtisadi idarəetmə sisteminə keçməsi üçün ilk növbədə, iqtisadi islahatlar və iqtisadi sistemin liberallaşdırılması zəruridir”.
regionxeberlericom.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının dünya iqtisadiyyatına sarsıdıcı təsiri fonunda Azərbaycan iqtisadi sistemində köklü dəyişikliklərin aktuallaşmasından danışan iqtisadçı Qaşqay İsmayıl bildirib.
Qaşqay İsmayıla görə, inkişaf etmiş dövlətlərin maliyyə sistemlərində hansı dəyişikliklərin baş verəcəyi indidən məlum olmasa da, iqtisadiyyatı təbii sərvətlərdən asılı olan Azərbaycan kimi ölkələrdə təcili addımların atılması zəruridir:
“Hazırda cərəyan etməkdə olan qlobal dəyişikliklərdən sonra dünya iqtisadiyyatının əvvəlki kimi olmayacağı aydındır. Azərbaycan iqtisadiyyatı isə indiyə qədər faktiki olaraq, renta iqtisadiyyatı üzərində qurulub. Bu isə miras qalmış məhsulun satılması sayəsində stabillik gətirməklə yanaşı, idarəetmə sisteminə ciddi təsir göstərir.
Belə bir vəziyyətdə yalnız məhsulun satışı və gəlirin bölüşdürülməsi baş verir. Artıq məlumdur ki, renta iqtisadiyyatı modeli gələcəkdə gəlir gətirməyəcək və təbii qaydada sıradan çıxacaq”.
Qaşqay İsmayıl qeyd edib ki, Azərbaycan resursa əsaslanan iqtisadiyyatdan istehsala əsaslanan iqtisadiyyata keçid ərəfəsindədir və bu, yeni iqtisadi idarəetmə sisteminin formalaşmasını zəruri edir:
“Hazırda Azərbaycan nəinki elmi-texniki inkişaf baxımından, hətta kənd təsərrüfatı məhsullarının istehsalında da digər ölkələrdən geridə qalır, hazırlıqlı mütəxəssislər çatışmır. Müasir dünya bazarlarında yer tutmaq barədə təsəvvürü olan menecerlərdən tutmuş savadlı aqronomlara qədər, idarəetmə sisteminin təkmilləşdirilməsi lazımdır.
Ölkənin yeni iqtisadi idarəetmə sisteminə keçməsi üçün ilk növbədə, iqtisadi islahatlar və iqtisadi sistemin liberallaşdırılması zəruridir. Dövlət iqtisadiyyatda olan payından imtina etməli, kütləvi özəlləşdirmə aparılmalı, monopoliya aradan qaldırılmalıdır. Lakin məsələ burasındadır ki, ölkədə istehsal yaratmaq üçün Ümumdünya Ticarət Təşkilatına üzvlük, ümumiyyətlə, hər hansı qlobal sistemə inteqrasiya mütləqdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2020, 15:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-03-2020, 15:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti