Marketlərdə qiymət artımı narazılıq doğurur - Möhtəkirlər koronavirus narahatçılığından sui-istifadə edir
“Dünən guya, fövqalədə vəziyyət elan olunub. Marketlər də qiymətləri qaldırıblar. Axşam Nizami rayonunda “Star” komleksin yanında yerləşən “Araz” marektə getdim.
Hər gün həmin marektdən evə ərzaq və eyni zamanda “Milla” südü alıram. Əvvəl 3,5%-lik “Milla” südünü 1.80 qəpiyə, 2,5%-lik südü isə 1.45-ə alırdım. Dünən axşam isə 2.5%-lik südü 2 manat 15 qəpiyə aldım. Yumurta 4 manat 55 qəpik olub. Uşaq yeməyi olan “Cici bəbə” 2 manat 39 qəpikdən 2 manat 45 qəpiyə qalxıb. Nəyi sadalayım? Hər şey bahalaşıb. Saçaqlı pendir 1manat 89 qəpikdən 3 manat 20 qəpiyə qalxıb. Bunun virusa dəxli var? Ərzaq mallarının qiymətini qaldırıb, vəziyyətdən istifadə edirlər”.
Hurriyyet.org xəbər verir ki, bu barədə oxuculardan biri şikayət edib.
Şikayətçi prezident İlham Əliyevə müraciət edib: “Mən bir vətəndaş kimi xahiş edirəm, qiymətlərə nəzarət edən qurumlar marektlərdə ərzağın qiymətinə nəzarət etsinlər. Onsuz da hər gün ərzağın 1 kiloqramının qiyməti 10 qəpiyədək qalxır. Bunu kasıb təbəqə görür. Varlı təbəqə isə heç qiymətlərin qalxmasına baxmır. Cənab prezident, xahiş edirəm, qiymətlərin qalxmasının qarşısı alınsın”.
Faktinfo.az onu da bildirir ki, koronavirusla mübarizə tədbirləri çərçivəsində əhali evdə qalmaq,zərurət olmadığı təqdirdə çölə çıxmamaq üçün maksimum ərzaq almaq məcburiyyətində qalır.Möhtəkirlər isə bundan sui-istifadə etməklə bütün ərzaq növləri üzrə suni qiymət artımına yol verir.Məsələn,mart ayının 20-i tarixinədək 5.80 AZN-ə satılan 1 litrlik " KIRLANGIÇ" yağı,həmin tarixdən sonra 6.20 AZN-ə satılır ki,bu da 0.40 qəpik artım deməkdir.
Nəzərə alanda ki,dünya birjalarında valyutaların qiyməti bahalaşmayıb,eləcə də ərzaq mallarının qiymətinə təsir edən amillər baş verməyib,Azərbaycanda ərzaq mallarının bahalaşması başa düşülən deyil.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-03-2020, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-03-2020, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti