Bank sektoruna pis xəbər – VƏZİYYƏT «NEQATİV»DİR
Dünyanın aparıcı reytinq agentliklərindən biri «Fitch» Rusiya və bəzi MDB ölkələrinin bank sistemi üçün proqnozu dəyişib.
FED.az-ın məlumatına görə, agentlik bildirib ki, koronavirusun yayılması və neftin aşağı qiymətləri reytinqin mənfiyə düşməsi ilə nəticələnə bilər.
Agentlik qeyd edib ki, koronavirus yayıldıqdan sonra və OPEK ölkələri ilə Rusiyanın neft danışıqları uğursuz nəticələndikdən sonra Rusiya büdcəsinin əsas gəlir mənbələrindən biri olan neftin qiyməti iki dəfə enərək 25 dollara düşüb.
Koronavirusun iqtisadi təzyiqləri və aşağı qiymətli neft Rusiya və qonşu ölkələrin bank sistemlərinə mənfi təsir edir və sonda mənfi reytinq davranışlarına (yəni reytinqin mənfiyə endirilməsinə) səbəb ola bilər.
Bu arada «Fitch» Rusiya, Ukrayna, Qazaxıstan, Ermənistan Azərbaycan və Gürcüstanın bank sektoru üçün proqnozu «neqativ»ə dəyişib, yalnız Özbəkistanın bank sektoru üçün pronozu «sabit» saxlayıb.
Agentlik bildirir ki, «Fitch»in gələcəkdə bank sektorları ilə bağlı hər hansı mənfi qərarları dövlətin və ya bankların səhmdarlarının bu vəziyyətdə banklara nə qədər dəstək verəcəyindən asılı olacaq. Hazırda «Fitch» regionda 84 bankın reytinqini izləyir.
Agentlik bildirir ki, «Özbəkistanda bank setoru üzrə sabit proqnozun səbəbi bu ölkədə bankların kredit portfelində dövlət şirkətlərinin üstünlük təşkil etməsi, eləcə də bank sektorunda dövlət kreditorlarının olması ilə bağlıdır. Bundan başqa, «Fitch» gözləyir ki, həmin şirkətlərə dövlət də dəstək verəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-03-2020, 13:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-03-2020, 13:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti