“Aqrarkredit” BOKT də ÇÖKÜŞƏ DOĞRU GEDİR... - Rəqəmlər...
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 12 628,19 milyon manat təşkil edib.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,6% azdır.
“Aqrarkredit”in aktivlərinin 12 243,187 milyon manatlıq hissəsi və yaxud 96,95%-i “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən qəbul edilmiş aktivlərdir. 2019-cu ildə bu rəqəm 4,2% azalıb.
Dövlət BOKT-unun aktivlərinin 76,753 milyon manatı və yaxud 0,6%-i isə müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə maliyyə qurumunun kredit portfeli 4,85% kiçilib.
Hesabat dövründə “Aqrarkredit”in öhdəlikləri 6,6% azalaraq 12 603,177 milyon manata, o cümlədən buraxdığı borc qiymətli kağızlarının dəyəri 24,3% azalaraq 10 178,886 milyon manata düşüb, balans kapitalı isə 7,4% artaraq 25,012 milyon manata çatıb.
Maliyyə qurumu mənfəət-zərər göstəricilərini açıqlamayıb.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2020, 14:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-03-2020, 14:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti