Bakıda sərnişin daşıyan şirkət 20 min manat cərimələndi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Monella" MMC barədə inzibati protokol tərtib edib.
"Report" xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.
Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.
Qeyd edək ki, "Monella" MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-03-2020, 13:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-03-2020, 13:02
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti