DEVALVASİYA TƏHLÜKƏSİ YOXDUR, AMMA ... - Ekspertlərin şərhi
Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin görüşünün nəticəsiz başa çatması, koronavirusun dünyada yayılması “qara qızıl”ın qiymətinə mənfi təsir edib. OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Lakin, Rusiya bu təklifə qarşı çıxıb.
İstehsalçılar arasında yaranan ziddiyətə bazar kəskin reaksiya verib. Həftənin ilk günü birjalar açldıqda Brent markalı neftin qiyməti təxminən 33 faiz dəyər itirərək 35 dollara enib. “WTI” (West Texas Intermediate) markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 27,1% azalaraq 32,48 ABŞ dolları təşkil edib.
Azərbaycan neftinin qiyməti də kəskin ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 6,72 dollar geriləyərək 47,16 dollar təşkil edib..
Yaranmış vəziyyət xammal ixrac edən ölkələrdə, o cümlədən Azərbaycanda narahatlıq yaradıb. İndi gündəmin əsas mövzusu neftin qiymətinin hansı müddətə aşağı səviyyədə qalması, milli valyutalara onun təsrinin necə olacağı barədədir.
Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatları 52 milyard dollar civarındadır. Ötən il Dövlət Neft Fondu vəsaitlərin idarə olunmasından gəlirlərini kəskin artırıb.
Bundan əlavə Mərkəzi Bank 6.4 milyard dollarlıq valyuta ehtiyatı yaranıb. Bütün bunlar isə milli valyutanın qorunması üçün hökumətə əlavə imkanlr yaradıb. Əminliklə demək olar ki, hökumətin ilin sonuna qədər situsiyanı nəzarətdə saxlamaq imkanına malikdir.
Yəqin bu səbəbdəndir ki, bank sektorunda heç bir ajiotaj yoxdur. Əmanətçilər də daha təmkinli davranaraq, prosesin necə inkişaf edəcəyini gözləməyə üstünlük verirlər. Nəzərə alsaq ki, əvvəlki illərdən fərqli olaraq, banklarda əmantlərin yarıdan bir qədər çoxu dollarda saxlanır, banklar bu sahədə ciddi bir problemin qarşılaşmayacağıni söyləmək olar.
Hökumət rəsmiləri isə hələ bir müddət əvvəldən neftin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatında ciddi gərginlik yaratmayacağını bildiriblər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mediaya demişdi ki, Azərbaycanda neftin hətta hər barel üçün, 30 ABŞ dollarından da aşağı həddinə qarşı immunitet yaranıb.
"Neftin qiymətinin hər barelə görə 1 ABŞ dolları dəyişməsi cari əməliyyatlar hesabımıza illik təxminən 250 mln. dollar təsir edir. Azərbaycanda neftin hətta hər barel üçün 30 dollardan da aşağı həddinə qarşı immunitet yaranıb. Özü də 2015-ci ildə neft qiymətləri üç dəfədən çox azalmışdı", - deyə V. Qasımlı bildirib.
Onun sözlərinə görə, həm ciddi inflyasiya təhdidi, həm də manatın məzənnəsi ilə bağlı narahatlıq yoxdur: "Dövlət büdcəsində neftin hər bareli 55 dollar hesablanıb. Büdcə qaydalarına əsasən icmal büdcə xərclərinin yuxarı həddi müəyyənləşir. Yuxarı hədd icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi əsasında hesablanır. Xərclənən bilən neft gəlirləri isə xalis maliyyə aktivlərinin 30%-dən çox olmamaqla müəyyənləşir. Beləliklə, büdcənin "qızıl qayda"ları fiskal dayanıqlılığı təmin edir. Büdcə qaydalarının sadə izahı budur ki, neft qiymətləri proqnozdan yuxarı olanda strateji valyuta ehtiyatlarımız artır, əks təqdirdə ehtiyatların hesabına xərclərimizi maliyyələşdiririk. Bir növ büdcə qaydaları fiskal siyasəti "ütüləyir"".
O həmçinin xatırladıb ki, büdcədə ilk ayda nəinki kəsir, hətta 400 mln. manatdan çox profisit yaranıb:"Bu ilin yanvar-fevral aylarında vergi və gömrük orqanlarının operativ məlumatları da onu göstərir ki, proqnozdan artıq vəsait büdcəyə mədaxil edilir. Nəzərə almaq lazımdır ki, bu ilin ilk iki ayında neft qiymətləri ortalama hər barel üçün 60 dolların üstündə olub. Bu hesaba həm Mərkəzi Bankın, həm də ARDNF-in ehtiyatları artıb. Təkcə bu ilin yanvar-fevral aylarında Mərkəzi Bankın rezervləri 243 mln. manat çoxalıb. Beləliklə, bu il ərzində proqnozdan əlavə yaranmış ehtiyatlar bundan sonra neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər. Ən əsası isə odur ki, Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dollar olmaqla ÜDM-in həcmini 8%-dən çox üstələyir. Bu da imkan verir ki, ölkənin fiskal dayanıqlılığı təmin olunsun".
İqtisadçı alim, ABŞ-ın "Rutgers" universitetinin professoru Qubad İbadoğlu vəziyyəti şərh edərkən bildirib ki, neftin ucuzlaşan qiymətinin orta müddətli - ən azı 3 ay dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması devalvasiya riski yarada bilər: "Amma onu da nəzər alın ki, hazırda neftin qiyməti ucuzlaşmaya daha çox meylli olsa da o bir müddətdən sonra yenidən bahalaşa bilər.Devalvasiyaya gəlincə, əvvəlki təcrübədən bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər. Odur ki, hesab edirəm ki, Mərkəzi Bank və ya Maliyyə Sabitliyi Şurası bu gün toplaşıb yaranmış vəziyyətlə bağlı həll planlarını özündə əks etdirən bəyanat verməlidir. Eyni zamanda bu açıqlamada digər banklara neqativ təsirləri azaltmaq üçün "AtaBank" müştərilərinin probleminin həlli yolunu da göstərməlidir".
Q. İbadoğlunun ehtimalına görə, gələcəkdə manatın devalvasiyası baş versə belə, o əvvəlki kimi kəskin olmayacaq: :"Hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu zamana bağlı məsələdir".
Sabiq Maliyyə naziri, professor Saleh Məmmədov da panikaya düşməyə ehtiyac olmadığını bildirib: "Bu böhran da Azərbaycanı ən çox vura bilən iqtisadi hadisədir. İqtisadiyyatı neftdən asılı olan ölkələr üçün çox daha təhlükəli böhrandı. Amma panikaya düşməyə ehtiyac yoxdur, çünki, hələ bir neçə il iqtisadi prosesləri tam iflasdan qorumaq üçün ölkənin böyük miqdarda ekstra maliyyə ehtiyyatları vardır”.
Sabiq nazirin sözlərinə görə, vəziyyəti nəzərə alaraq hökumətin ciddi fəaliyyətə başlaması zəruridir: “Mənim fikirimcə, hökümətin və parlamentin toplanması və dinləmələrə-müzakirələrə başlaması lazımdır. Prezidentin anti-böhran Şurasının yaradılması, ölkənin daxilindən və xarici ölkələrdən tanınmış iqtisadçılardan, proqnozistlərdən, proqramistlərdən, məsləhətçilərdən ibarət güclü bir işçi qrupunun formalaşmasına ehtiyac vardır. Bu şura yalnız böhrandan çıxış deyil, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının “qara narkotik”dən (neftdən) asılılıq probleminə birdəfəlik son qoyulması və ölkənin elm və texnoloji inkişaf relsinə keçməsi ilə məşğul olmalıdır.
Əvvəlcədən, bəyan etmək istəyirəm ki, manata qətiyyən toxunmaq olmaz, manatın kursunu dəyişməyə, devalvasiya edilməsinə heç bir şərait və ehtiyac yoxdur. Əksinə, psixoloji panik təlatümləri aradan qaldırmaq üçün manatın dəyərinin qorunması üçün ayrıca qanun qəbul olunmalı və manat daha da gücləndirilməlidi”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-03-2020, 14:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-03-2020, 14:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01