Banklar biznesə nə zaman sərmayə qoyacaq? - GƏLİŞMƏ
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iqtisadiyyatın real sektorunun kreditləşməsinin aktivləşdirilməsi, biznes kreditlərinə üstünlük verilməsi, güzəştli kreditlərin daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, istehak kreditlərinin optimallaşdırılması və digər isiqamətlərə dair verdiyi tapşırıqların icrasının növbəti qiymətləndirilməsi üçün 3 mart 2020-ci il tarixində Mərkəzi Bankda Azərbaycan Banklar Assosiasiyası və aparıcı kommersiya banklarının rəhbərləri ilə birgə görüş keçirilib.
Mərkəzi Bankın məlumatına görə, qeyd olunan məsələlər ətrafında geniş müzakirə aparılıb, cari ilin əvvəlindən bank sektoru üzrə biznes kreditlərinin dinamikası dərindən təhlil olunub. Mərkəzi Bank tərəfindən bütün banklara, xüsusən aparıcı banklara biznes kreditlərinin daha da aktivləşdirilməsi istiqamətində əlavə tapşırıqlar verilib. Müzakirələrdə biznes kreditlərinin təşviqi istiqamətində tətbiq edilən prudensial tənzimləmə tələblərinin təsiri də qiymətləndirilib. Görüşdə istehlak kreditlərinin optimallaşdırılması üzrə görülən tədbirlər də geniş müzakirə olunub. Bildirilib ki, bütövlükdə istehlak kreditlərinin artım tempini tənzimləmək üçün yeni requlyativ normalar qəbul edilib. Dövlətin bu sahədə atdığı addımlar onun biznes mühitinin yaxşılaşdırılmasında maraqlı olduğunu göstərir.
Bəs banklar real sektorun maliyyələşdirilməsində hansı addımları atmalıdır?
“Cümhuriyət”ə açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib ki, kommersiya bankları hələlik real sektoru maliyyələşdirməkdə maraqlı görünmürlər:
“Ölkə prezidenti son müşavirələrdə biznes mühitinin yaxşılaşdırması ilə bağlı xüsusi göstərişlər versə də, etiraf etmək lazımdır ki, kommersiya bankları hələlik real sektoru maliyyələşdirməkdə maraqlı görünmürlər. Əvvəllər Mərkəzi Bankın Maliyyə Bazarlarına Nəzarət Palatası qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biri real sektorun maliyyələşdirilməsi ilə bağlı idi. Doğrudur, 2019-cu yekunlarında bu istiqamətdə müsbət dəyişikliklər var. Real sektora ayrılan kreditlərin həcmində artımlar var. Amma Mərkəzi Bankın verdiyi statistik göstəricilərə nəzər salsaq, görərik ki, isteklak kreditləşməsi, kredit portfeli strukturunda aparıcı rolunu saxlayır. Hazırda kommersiya banklarının kredit portfeli 15 milyard 116 milyon manatdır. Əmanət portfeli isə 8 milyard 588 milyon manatdır. Bu da ondan xəbər verir ki, kredit portfelinin təxminən 60%-ə yaxını məhz əmanətlər hesabına formalaşır. Yəni faiz göstəricilərinə diqqət yetirsək, görərik ki, əmanət faizləri ilə kredit faizləri arasında böyük fərq var. Bu da nəticə etibarı ilə onu göstərir ki, kommersiya bankları əmanətlər üzrə faizlərini dvident faizlərdən aşağı saxlasalar da, hələlik kredit faizlərini azaltmaqda maraqlı deyillər”.
Ekspertin fikrincə real sektorun gözlənilən səviyyədə maliyyələşməsi zaman tələb edən məsələdir:
“Kredit faizlərinin azaldılması və real sektora daha çox kreditlərin ayrılması ilə bağlı mütəmadi olaraq göstərişlər verilir. Təbii ki, bu özü də zaman tələb edir. Etiraf etmək lazımdır ki, real sektorun özündə də korporativ idarəetmənin formalaşması, şəffaflığı tam təmin edilməsi kimi islahatların kompleks şəkildə aparılması vacibdir. Bu istiqamətdə 2019-cu ildən etibarən islahatların dərinləşməsi müşahidə olunur ki, onun nəticəsində yalnız vergi orqanları tərəfindən büdcəyə əlavə olaraq 1 milyarddan artıq vəsait yığıldı. Bütün bunlar kredit faizlərinin aşağı salınmasına imkan yaradır. Biz kredit faizlərinin azaldılması ilə bağlı da öz təkliflərimizi Mərkəzi Banka təqdim etmişik. Biz bir sıra dünya ölkələrində, o cümlədən Yaponiyada da olduğu kimi real sektorun maliyyələşdirilməsində böyük rol oynayan kommersiya banklarına güzəştlərin tətbiq edilməsinin tərəfdarıyıq. Təklif etmişik ki, əgər kommersiya bankının kredit portfelində real sektorun payı çoxdursa və real sektorun içində kiçik, orta sahibkarların payı çoxdursa, həmin kommersiya bankına ya aşağı faizli kreditlər verilsin, ya da vergi güzəştləri tətbiq olunsun. Nəticə etibarı ilə kommersiya bankı real sektoru və xüsusən də kiçik, orta sahibkarları maliyyələşdirməkdə maraqlı olsun”.
Alim hesab edir ki, Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən qaydalar daha da fərqləndirilməlidir:
“Söhbət istehlak kreditləri üzrə və eləcə də real sektora yönələn kreditlər üzrə qaydalardan gedir. Mərkəzi Bank real sektor üçün təşviqedici qaydalar müəyyənləşdirməlidir ki, kommersiya bankları bu sektoru maliyyələşdirməkdə daha çox maraqlı olsun. Ümumiyyətlə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi, hətta əmanət faizlərindən yüksəkdir. Ona görə Mərkəzi Bank kommersiya banklarına aşağı faizli kreditlər verməlidir ki, onlar da real sektorda sahibkarları aşağı faizlə maliyyələşdirə bilsin. Nəhayət, iqtisadiyyatın leqallaşdırılması, gizli iqtisadiyyat qarşı mübarizə tədbirləri genişləndikcə biz daha çox şəffaf, korparativ idarəetməni tətbiq edən sahibkarlıq subyekləri müşahidə edəcəyik və onların səhmlərində artımlar olacaq. Bu da banklara həmin sahibkarlıq subyektləri ilə daha yaxından əməkdaşlıq etməyə imkan yaradacaq. Çünki bank üçün də riskin sığortalanması vacibdir. Ona görə də gizli iqtisadiyyatın minimallaşdırılması ilə bağlı islahatların davam etdirilməsi nəticədə real sektorun kommersiya banklarından daha çox kredit almasına şərait yaradacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-03-2020, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-03-2020, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11