Nazirlik qızıl bazarını “kölgə”dən çıxarır: - Qiymətlər necə olacaq?
Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların fəaliyyətlərinin qanuni əsaslarla həyata keçirilməsi təmin edilməlidir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar" mövzusunda keçirilən sahibkarlara görüşü zamanı bildirib. Onun sözlərinə görə, dövlət bazar iştirakçılarına həmin bu keçidi həyata keçirməklə dəstək olmağa hazırdır:
"Təəssüf ki, sektorda şəffaflığın təmin edilməsi bu gün bir məsələ olaraq qalır. Zahiri parıltının altında çox da xoş olmayan mənzərə mövcuddur. Azərbaycanda zərgərlik bazarının real vəziyyəti qiymətli metallar, qiymətli daşlar istehsalı, emalı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, həmçinin müvafiq idxal-ixrac əməliyyatları ilə bağlı durum bu sahədə bir sıra tədbirlərin görülməsini zəruri edir. Bu tədbirlərin bəziləri, hesab edirəm ki, təxirəsalınmazdır".
O həmçinin əlavə edib ki, statistika ilə real göstəricilər arasında ciddi fərqlər mövcuddur:
“Biz “kölgə iqtisadiyyatı”nın bu sahədə azaldılmasına nail olmalıyıq. Güzəştlər o şəxslərə verilir və veriləcək ki, şəffaf fəaliyyət göstərəcək. Bu sahədə rəqabət mühitinin olması da bizim üçün əsas məqsədlərdən biridir. Zərgərlik sahəsində aparılan təhlillər burada rəqabət mühiti ilə bağlı bir sıra çatışmazlıqların olduğunu göstərir. Bu, həm istehlakçıların hüquqlarına, həm də bizim imicimizə zərbə vuran məqamlardan biridir. Nəticə etibarı ilə qanuna riayət edən uduzur. Bu, ədalətli deyil. Biz bununla birmənalı şəkildə barışmayacayıq. Bazarda ədalətli və şəffaflığın təmin edilməsi dövlətin aidiyyatı strukturların üzərinə düşən əsas hədəflərindən biridir. Zərgərlik sahəsində çətinlikləri müəyyən etmək üçün qısa müddət ərzində ixtisaslaşmış assosasiyasının yaradılması təqdirəlayiqdir. Həmçinin zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarlardan və hökumət nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılması təklif edilir”.
“Xoş olmayan mənzərə”-nin hökm sürdüyü Azərbaycan zərgərlik bazarında hansı proseslər baş verir? Bu bazarın “kölgə”-dən çıxarılması bazar qiymətlərinə necə təsir edəcək?
İqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ölkənin zərgərlik bazarında qeyri-adi proseslər baş vermir:
“İqtisadiyyatın digər sektorlarında olduğu kimi burada da dövriyyənin əhəmiyyətli bir hissəsi qeyri-rəsmidir, uçotdan yayındırılır və nəticədə dövlət büdcəsin bu istiqamətdə itgilərlərlə üzləşmiş olur. Bu sektorda gizli dövriyyənin hansı səviyyədə olmasını müəyyənləşdirmək indiki bizim imkanlarımız daxilində deyil, amma onu deyə bilərəm ki, kifayyət qədər böyük dövriyyədən söhbət gedir. Təqribən demək olar ki, dövriyyənin 70-80 faizi rəsmiləşdirilmir”.
İqtisadçı deyir ki, uçotun dəqiqləşdirilməsi ümumiyyətlə sektora nəzarət imkanlarını artırır və dövlət büdcəsinənin daxilolma imkanlarının genişləndirilməsinə gətirib çıxara bilər:
“Eyni zamanda haqsız rəqabət problemlərini aradan qaldıra bilər. Çünki bəzi hallarda müəyyən qrup sahibkarlar himayə olunur, öhdəliklərdən tamamilə yayınır və rəqabət mühitində daha aşağı qiymətlər tətbiq etməklə digər sahibkarlar üçün problemlər yaradırlar. Şəffaflıq mühitinin və istehlakçı hüquqlarının təmin edilməsi, eyni zamanda ədalətli rəqabətin yaranması sektorda subyektlərin fəaliyyətinin yaxşılaşdırılması üçün məqsədəmüvafiq hesab oluna bilər”.
Bu sahədə leqalaşdırmanın təmin olunması qiymətlərə necə təsir edəcək?
Rəşad Həsənov deyir ki, leqallaşdırmanın təmin olunması sahibkarlar üçün müəyyən maliyyə yükü yaradacaq:
“Bu da qiymətlərin üzərində öz əksini tapa bilər. Digər sahələrdə də eyni formada trend davam edir. 2019-cu ilin yanvar ayında şirkətlərin böyük əksətiyyəti gündəlik tələbat mallarını və ərzaq məhsullarını pərakəndə satış mərkəzlərinə təklif etməyi dayandırdı. Onlar öz qiymətlərinə dəyişiklik etdilər, çünki leqallaşma tələbinin yaratdığı şərtlər daxilində əvvəlki qiymətlərlə fəaliyyət göstərmək onlar üçün əlverişli deyidi. Müvafiq proseslər zinət əşyaları bazarında da baş verə bilər, leqallaşdırma xərcləri maya dəyərinə əlavə edilməklə qiymətlərin artmasına gətirib çıxara bilər. Amma bu bir gün baş verməlidir. Ən yaxşı bazar qanunauyğun fəaliyyət göstərən sahibkaralrın ədalətli formada rəqbət apardığı bazardır. Növbəti mərhələdə rəqabətin özünün təkmilləşməsi və dərinləşməsi qiymətlərin optimallaşmasına gətirib çıxara bilər. Çünki şirkətlər məcburən rəqabətli şərtlər daxilində öz marjalarını müəyyən qədər azaltmaq zərurəti ilə üz-üzə qala bilərlər. Bu da hazırda görülən tədbirlər nəticəsində qiymətlərin artımına təsir göstərən faktorların müəyyən qədər neytrallaşmasına səbəb ola bilər”.
Azərbaycanın zərgərlik bazarının keyfiyyəti bir sıra hallarda istehlakçıların narazılığa səbəb olur.
Bu sahədə leqalaşdırmanın təmin olunması keyfiyyətə təsir edə bilərmi?
İqtisadçı deyir ki, məsələyə leqallaşdırma konteksindən baxıldığına görə, keyfiyyət məsələsi bu konteksə daxil deyil - Vergilər Nazirliyinin səlahiyyətlərinə aid deyil:
“İqtisadiyyat Nazirliyinin İsteklakçıların Hüquqları və Antiinhisar Xidməti var ki, bu məsələ müəyyən qədər həmin qurumun səlahiyyətlərinə daxildir. Keyfiyyətin təmin olunması həmin qurumun öz fəaliyyətini necə qurmasından asılıdır. Leqallaşdırmanın bununla birbaşa əlaqəsi yoxdur, amma nəzərə alınsa ki, indiki şəraitdə İqtisadiyyat və Vergilər nazirlikləri birləşdiriliblər, ola bilsin ki, yeni qurumun rəhbərliyi bu istiqamətdə də prinsipial mövqe ortaya qoysun və bazarda vətəndaşların aldadılması və onlara keyfiyyətsiz məhsulların satılması halları müəyyən qədər azalsın”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-02-2020, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-02-2020, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti