Maşın bazarında durğunluq yaşanır - qiymətlər isə “əl yandırır”
Azərbaycanda son zamanlar avtomobillərin qiymətində bahalaşma qeydə alınır. Xüsusilə də xarici ölkənin dövlət nömrə nişanına tətbiq edilən yeni qaydalardan sonra Bakıda avtomobillərin qiyməti bir qədər də bahalaşıb. Bəs avtomobil bazarında vəziyyət necədir?
“Yeni Müsavat”ın əməkdaşı olaraq Badamdarda yerləşən maşın bazarında olub, ümumi vəziyyətlə maraqlandıq. Bazarda olduğumuz zaman əvvəlki illərdə olduğu kimi çoxsaylı avtomobil, alıcı və satıcı görmədik. Bazar ərazisi sanki hansısa adi bir dayanacağı xatırladırdı. Dağınıq vəziyyətdə, qabaq iki təkəri taxtanın üstünə çıxarılan bir neçə “Mercedes”dən başqa ciddi gözə dəyən avtomobil tapmaq çətindir. “Mercedes”lərin qiyməti isə “əl yandırır”dı.
Söhbət etdiyimiz alıcılar bildirdilər ki, bazardakı vəziyyət ürəkaçan deyil. Özünə avtomobil axtaran Vasif Həsənov adlı şəxs bildirdi ki, xüsusilə də bahalaşma “Mercedes”lərin qiymətində müşahidə edilir:
“Hazırda bazarda ya ili yeni, ya da çox köhnə olan maşınlar satılır. Bazardakı ”Mercedes" “çeşka”lar adətən 1998-2000-ci illərin istehsalıdır. Ancaq qiymətləri 12-14 min manatdır. 20 ilin maşınına nə üçün bu qədər pul verəsən? Halbuki 4-5 il bundan öncə eyni maşınların qiyməti 6 min, 6 min beş yüz manata idi. Adicə “Mercedes 190"ların qiyməti 7 min manatdan başlayır. Mən iki il bundan öncə elə buradakı alverçilərin tərifləməsinə inanıb 7 min manata 2000-ci ilin ”çeşka"sını almışdım. Maşına baxanda hər şey qaydasında idi. Ancaq alandan sonra sürdükcə hər həftə bir detalı xarab olurdu. Ona görə də maşın almaq istəyənlərə məsləhətim budur ki, bazarda satıcılara, maşının görünüşünə aldanmasınlar. Azərbaycanda təzə maşın tapmaq çətindir. Təzə maşınlar evdən bahadır. Köhnə maşınları da satan yoxdur. Ona görə də bazarda vəziyyət yaxşı deyil. Əvvəlki illərdə bu bazar həm şənbə, həm də bazar günləri işləyirdi. İndi isə yalnız bazar günü işləyir. Gələn olmadığı üçün bazar da yoxdur".
Satıcılar da bildirdilər ki, hazırda insanlar daha çox saytlardan maşın almağa üstünlük verirlər. Tofiq adlı satıcı bildirdi ki, bəzi adamlar bazardan dayanacaq kimi istifadə edir:
“Adam var ki, 10 manatını verir, maşınını bazara qoyub, bir neçə günlük xaricə gedir. Buradan camaat dayanacaq kimi istifadə edirlər. Alver yoxdur. Almaniyadan gətirdiyim 2007-ci ilin ”Opel Astra"nı burada üstünə 1000 manat qoyub, 12 minə satıram. Mənə buradan qalan pul 1000 manatdır. Onu da bir-iki aya satanda sevinirəm. Əvvəlki illərdə isə hər iki-üç günə bir maşın satırdıq, üstünə də bundan çox pul qoyurduq, alan da var idi, maşın da 7-8 minə idi. İndi vəziyyət yaxşı deyil. Ona görə də alverçilər özləri də bazara gəlmirlər. Bazarda ən çox satılan maşın “Mercedes”, bir də “Lada”lardır. Keçən il Çinin “Changan” maşınlarını alan çox idi. Sonra xəbər çıxdı ki, bu maşınların detalları istehsal edilmir. İndi də nə o maşınları gətirən, nə də alan yoxdur. Hazırda bazarda ən çox tələbatın “Mercedes” modellərinə və qiyməti 12-17 min manat arası Koreya istehsalı olan avtomobillərədir".
Öyrəndik ki, hazırda bazarda 1990-cı ilin “Mercedes 190" modelləri 5-7 min manata satılır. İli 2003-cü il olan ”Mercedes E220" 15 min manat və daha yüksək qiymətədir. “Mercedes C180" (çeşkalar) 10-14 min manata, ”Mercedes" E-classlar (dördgözlər) 12-16 min manata satılır. İli 2008-ci ildən yuxarı olan “Kia”lar (sedan) vəziyyətindən asılı olaraq 10-29 min manata satılır. İli 2008-ci ildən yuxarı olan “Hyundai” də 15-29 min manata satılır.
Bütün avtomobillərin qiymətində artım var. Bazarda furqonlu maşın axtardığını deyən Ariz adlı alıcı bildirdi ki, həm qiymətlər bahadır, həm də maşın tapılmır:
“Badamdar bazarının bu vəziyyətdə olduğunu bilmirdim. Bura keçən il də gəlmişdim. İçəriyə girib-çıxan kimi məndən qapıda 10 manat aldılar. Dayanacağında da 10 dəqiqə maşın da saxlasan, 1 manat ödəməlisən. Ona görə də bura heç kim gəlmir. Maşın almaq üçün hazırda əksəriyyət Sumqayıt bazarına üz tutur. Orada aktivlik bundan çoxdur. Mən bu bazarda bir dənə furqonlu maşın tapmadım. Sumqayıt bazarında da, burada da qiymətlər çox bahadır. Buna səbəb həm alverçilərin qiyməti şişirtməsidir, həm də vergi-rüsumun artırılması. Rüsumların artırılmasından sonra yeni avtomobillər bahalaşıb. Köhnə avtomobilləri də tələbat bahalaşdırdı. Adicə 1999-cu ilin furqonlu ”Opel"ini 7500 manatdan aşağı tapa bilmirsən. Bəlkə də taparsan. Ancaq onun da üstünə pul qoyub, təmir etdirməlisən. Halbuki bir neçə il öncə belə maşınlar 5 min manata dolu idi. Bu dəqiqə bazarda 10 min manatdan ucuz maşın tapmısansa, ya həmin maşın çoxlu benzin yandırır, ya ili çox köhnədir, ya da hansısa detalında problem var. Qiymətləri bir cümlə ilə ancaq belə izah edə bilərəm. Elə bu cür səbəblərə görə də Badamdar bazarında bu boyda meydan faktiki olaraq boş qalıb. Ətrafımda olan heç kim bazardan maşın almır. Hamı saytlara baxıb, oradan seçir. Baxırsan ki, saytda bir gün 10 min manata olan maşını sabah başqası 11 min manata qoyub. İndi alverçilərin özləri də bazarda yox, telefon əllərində saytda işləyirlər. Kimsə maşınını satmaq üçün sayta qoyursa, satıcılar həmin maşını dərhal alıb, səhəri günü üstünə pul qoymaqla yenidən satışa çıxarırlar. Bu gün Azərbaycanda maşın bazarı bax bu cür işləyir".
Paylaş:
Müəllif : Yazar
Tarix:11-02-2020, 09:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-02-2020, 09:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01