Neftdə kritik ucuzlaşma:Büdcəyə yenidən baxılacaq? - GƏLİŞMƏ
ABŞ-ın üçüncü böyük bankı olan “Citigroup”un analitikləri qısa müddətdə neftin qiyməti ilə bağlı proqnozu azaldıblar.
Analitiklər neftin qiymətinin ilin I rübündə orta hesabla 54 dollar/barel (əvvəlki proqnoz 69 dollar/barel), II rübdə isə 50 dollar/barel (əvvəlki proqnoz 69 dollar/barel) təşkil edəcəyini nəzərdə tuturlar.
Bank neftin qiymətinin III rübdə 53 dollar/barel (əvvəlki proqnoz 63 dollar/barel), IV rübdə isə 58 dollar/barel olacağını proqnozlaşdırır.
Qeyd edək ki, 2020-ci il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar səviyyəsində hesablanıb. 2019-cu ilin dövlət büdcəsində bir barelin qiyməti 60 dollar səviyyəsində hesablanmışdı. Bu, dünya neft bazarındakı vəziyyətin qeyri-sabitliyindən narahatlığı göstərir.
Xatırladaq ki, bir neçə dəfə neftin qiymətinin dəyişməsi ilə əlaqədar ilin ortasında büdcəyə yenidən baxılması halları olub.
Hazırkı durum büdcəyə yenidən baxılması zərurətini yarada bilərmi?
İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanda büdcəyə yenidən baxmaq bir ənənədir:
“İndiki halda neftin qiymətinin ucuzlaşması səbəbindən büdcəyə yenidən baxılması qərarının qəbul edilməsi ehtimalı çox aşağıdır. Çünki neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinə birbaşa təsirləri zəif olur. Birbaşa təsir sadəcə, neft sektorundan yığılan vergilərdən qaynaqlanan təsirlərdir. Büdcənin neft gəliri Dövlət Neft Fondundan taransfert əsasında formalaşır. Neftin neçəyə satmasından və ya nə qədər gəlir götürülməsindən asılı olmayaraq, Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər 11 milyard 767,5 milyon manat köçürülmə nəzərdə tutulub.
Fondun 45 milyarda yaxın vəsaiti var. Əgər nefti ucuz satsa, bu halda rezervlərin bir qismini bu məqsədə yönəldəcək. Başqa sözlə, Fond büdcə öhdəliyin yerinə yetirə biləcək. Burada neftin ucuzlaşmasının büdcəyə təsiri neft sektorundan daxil olan vergilərlə bağlıdır. Neft ucuzlaşacağı təqdirdə sektorundan daxil olan vergilər də azalacaq. Amma bu, bir o qədər böyük göstərici deyil, təxminən 2-2,5 milyard ətrafında bir vəsaitdir. Bunun müəyyən qədər azalması, xüsusilə real iqtisadiyyatda şəffaflaşma ilə əlaqədar görülən tədbirlər nəticəsində daxil olan əlavə vəsaitlər hesabına kompensasiya oluna bilər. Amma ola bilər ki, neft kəskin ucuzlaşsın və hökumət bu şərtlər daxilində müəyyən qədər daha ehtiyatlı fiskal siyasət həyata keçirmək istəsin. Çünki orta-uzunmüddətli dövrün proqnozlaşdırılması mümkün olmasa, büdcəyə yenidən baxılması ilə bağlı bənzər qərar qəbul edilə bilər. Müəyyən az əhəmiyyətli infrastruktura yönələn xərclərə sekresiya tətbiq oluna bilər. Belə bir yanaşma da neftin ən azı 3-4 ay 40-50 dollar ətrafında bir qiymətə satıldığı halda mümkündür”.
Analitikin qənaətincə, büdcəyə yenidən baxıla bilər, amma buna neftin qiymətinin səbəb olacağı fərqli məsələdir:
“Ümumiyyətlə, başqa ölkələrin praktikasında da büdcəyə yenidən baxılma var. Büdcə ili bir əvvəlcədən başlayır. Artıq 2021-ci ilin dövlət büdcəsinin hazırlanması prosesinə start verilibdir. Amma xarici və daxili konyunktura dəyişə bilər. Buna əsasən də, hökumətlər bəzi hallarda fiskal istiqamətdə öz siyasətlərinə müəyyən korrektələr etmək məcburiyyətində qalır. Təəssüf ki, bəzi hallarda dövlət büdcəsinə daha çox xərcləmə meyilli dəyişikliklər edilir. Tutaq ki, neft baha satılır gəlirlərin daha çox olma ehtimalı olur və belə bir şərtlər daxilində müəyyən qurumlar “daha çox vəsait xərcləyim” həvəsi ilə bu işə girişir. Bu, doğru yanaşma deyil. Belə olan təqdirdə növbəti dövrlər üçün iqtisadiyyatın xarici fruktasiyalara asılılığı artır. Eyni zamanda iqtisadiyyatda büdcədən asılılıq da artır. Məsələn, 2015-ci ildən sonrakı yaranmış situasiyada dövlət məcburən büdcə xərcləməsini azaltmalı oldu, iqtisadiyyat gerilədi. Çünki iqtisadiyyatın böyüməsində xüsusilə də Azərbaycan şərtlərində mühüm faktorlardan biri də dövlət büdcəsinin xərcləmələridir. Ona görə də bu istiqamətdə daha ehtiyatlı olmaq lazımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-02-2020, 09:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-02-2020, 09:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11