Kredit “canavarı” geri qayıdır – Başımızın üzərində yenə qara buludlar sıxlaşır
Bankların biznes sektoruna kreditləşməni artırması və risklərinin tənzimlənməsi üçün ölkədə istehlak kreditləri ilə bağlı məhdudiyyət tətbiq ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
O bildirib ki, dövlət başçısı da ölkədə biznes kreditlərinin stimullaşdırılmasına dair tapşırıq verib: "Amma bunu Mərkəzi Bankın banklara göstəriş verməsi ilə etmək olmaz. Banklar kommersiya müəssisəsidir və biz onlara göstəriş verə bilmərik. Bunun üçün makroiqtisadi və struktur stimulları tələb olunur. Mən növbəti dəfə istehlak kreditlərinin artmasından narahatlığımı bildirirəm. Yəqin tənzimləmə məsələsində dəyişiklik edəcəyik ki, həm əhalinin borc yükü azaldılsın, həm də bankların riskləri daha yaxşı tənzimlənsin".
Qeyd edək ki, Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir ki, Azərbaycanda 2019-cu ilin əvvəlindən kredit qoyuluşları 16.1% artıb. Bu da əsasən ev təsərrüfatlarına kreditlərin 21% artmasından irəli gəlib. Kredit portfelində ev təsərrüfatlarına kreditlərin payı 50.4%-ə çatıb.
Qəpik-quruşunuzu da, milyonunuzu da itirə bilərsiniz – Bank kartı təhlükəsi yaşanır
Ekspertlər istehlak kreditlərinə məhdudiyyət qoyulması məsələsinə münasibət bildiriblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında, bunu aktual məsələ adlandırıb: "Məhz istehlaka yönələn kreditlər çoxluq təşkil edir və bu da ölkənin maliyyə-kredit vəziyyətini, valyutanın dayanıqlığını pozur. Məişətdə istifadə etdiyimiz məhsulların əksəriyyəti idxal edilmiş məhsullardır və bu da ölkədən valyutanın çıxarılmasına yol açır. Digər tərəfdən, müəyyən maliyyə resursları birbaşa istehsala yönəlmək əvəzinə istehlak kreditlərinə yönəlir. İstehlak kreditlərinin qarşısını almaq üçün müəyyən məhdudiyyətin qoyulmasına ehtiyac yaranıb. Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaqda davam edir. Bu isə yenidən istehlak kreditlərinin artmasına gətirib çıxarda bilər".
"Birincisi, qanunvericilikdə istehlak kreditlərinin qarşısını almaq üçün məhdudiyyət qoyulmalıdır. İkincisi, burada bir sıra institutlar (vençur kreditləşmə və s.) yaradılmalıdır, yəni istehlaka deyil, birbaşa istehsala, iqtisadiyyata yönəldiləcək kreditlərin işə salınmasına ehtiyac var. Bu sahədə alətlər kifayət qədər genişdir. Müxtəlif ölkələrdə müxtəlif alətlərdən istifadə olunur. Məsələn, istehlak kreditlərinin faizləri artırıla bilər və s. Hansı tədbir daha səmərəli olsa, onu həyata keçirəcəklər", – deyə ekspert bildirib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a deyib ki, burada banklara müəyyən limit qoyulmalı və istehlak krediti daha riskli kredit sayılmalıdır: "Amma burada əsas banklar və bank olmayan kredit təşkilatları deyil. Burada əsas olaraq nisyə alqı-satqı ilə bağlı müxtəlif ticarət şəbəkələrinə qadağa qoyulmalıdır. İnsanların çoxunun borc yükünün artması bank kreditləri vasitəsilə deyil. İnsanlar mağazalardan telefon, televizor, mebel və s. nisyə alırlar. Həmin ticarət şəbəkələri bunu öz hesabına etmir, onlar öz növbəsində banklardan kredit götürürlər".
"Burada ilk baxışdan belə təəssürat yaranır ki, bankın verdiyi kredit istehlak krediti deyil, biznes kreditidir. Bank ticarət şəbəkəsinə kredit verdiyini deyir. Amma ticarət şəbəkəsi öz növbəsində əhaliyə nisyə mal satmaqla faktiki onlara kredit vermiş hesab olunur. Ticarət şəbəkələrindən nisyə mal götürən insanlar borcunu qaytara bilməyəndə, həmin ticarət şəbəkələri də banka borcunu qaytara bilməyəcək. Məsələyə fundamental yanaşmaq lazımdır. Mərkəzi Bank məhdudiyyət qoya bilməz, bu, qanunla olmalıdır", – deyə ekspert əlavə edib.
Onu da qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib ki, biznes kreditlərinin ucuzlaşması hiss olunur, lakin bu kreditləri stimullaşdırmaq lazımdır: "Real sektora biznes kreditlərinin verilməsi ilə bağlı yaxın günlərdə İqtisadiyyat Nazirliyi ilə birgə geniş müzakirə aparılacaq. Hüquqi şəxslərə və biznesə verilən kreditlərdə faiz dərəcələrinin aşağı düşməsi dinamikası müşahidə edilir. Düşünürük ki, müəyyən tənzimlənmə çərçivəsi ilə biznes kreditləşməsini stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektləridir və biz onlara göstəriş verə bilmərik ki, faiz dərəcələrini aşağı salsınlar. Müəyyən stimullar yaratmalıyıq".
Paylaş:
Müəllif : Yazar
Tarix:5-02-2020, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-02-2020, 09:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti