“Visa” “Plaid” startapını satın alıb
“Visa” şirkəti maliyyə məlumatları aqreqatı olan “Plaid”i 5,3 milyard dollara satın aldığını elan edib.
regionxeberlericom.az “Kommersant”a istinadən xəbər verir ki, bu startap istifadəçilərə maliyyə hesablarını mobil tətbiqetmələrlə etibarlı şəkildə əlaqələndirməyə imkan verən proqram təminatı hazırlayır.
“Plaid” 2013-cü ilin may ayında təsis edilib. Startapın maliyyələşdirilməsinin son mərhələsi 2018-ci ilin sonunda olub. Bu investisiya dövrünə “Index Ventures” və “Kleiner Perkins” vençur fondları rəhbərlik edib, şirkət isə 250 milyon dollar toplaya bilib. Eyni zamanda bu mərhələdə iki ödəniş nəhəngi – “Visa” və “MasterCard” da iştirak edib. “Techcrunch”ın məlumatına görə, bu illər ərzində investorlar “Plaid”ə, təxminən, 350 milyon dollar sərmayə yatırıblar, son investisiya dövründən sonra isə startap 2,65 milyard dollar məbləğində dəyərləndirilir.
Bu, “Visa”nın son illərdə ilk maliyyə-texnoloji startap alışı deyil. Şirkət keçən il eyni anda üç belə startap – “Payworks” ödəniş xidmətini, ödənişlərin qorunması ilə məşğul olan “Verifi” şirkətini və tokenlərin ağıllı idarəetmə sisteminin işləyib hazırlayan “Bell ID”ni əldə edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-01-2020, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-01-2020, 17:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti