Bank əmanətlərində KƏSKİN ZİDDİYYƏT: - Bakıda dollara, əyalətlərdə isə manata üstünlük verilir
“İki devalvasiyadan sonra Bakı sakinlərinin manata olan etimadı hələ də aşağı səviyyədədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakıda yaşayan vətəndaşların öz bank əmanətlərini xarici, bölgə əhalisinin isə milli valyutada saxlamağa üstünlük vermələrinin səbəblərini şərh edən iqtisadçı Natiq Cəfərli deyib.
Mərkəzi Bankın noyabrın sonuna olan məlumatına görə, ölkədəki bütün bank əmanətlərinin 9,6 faizi regionların payına düşüb. Burada əmanətlərin 81,2 faizi, yəni 702 milyon manatı milli valyuta ilə olan əmanətlərdir.
Bakıdakı əmanətlərin həcmi isə 7 milyard 847 milyon manat təşkil edib ki, bunun da az hissəsi, yəni 3 milyard 286 milyon manatı milli valyutadadır. Göründüyü kimi, Bakı və bölgə əhalisinin bank əmanətləri üzrə valyuta seçimi arasında nisbət kifayət qədər böyükdür.
Natiq Cəfərlinin sözlərinə görə, regionlar və paytaxt sakinlərinin arasındakı belə böyük fərq məqsədəuyğun deyil və bu problemin aradan qaldırılması üçün ciddi işlər görülməlidir:
“Regionlarda yaşayan sakinlərin əmanətlərinin həcmi çox kiçikdir. Ona görə də, öz əmanətlərini banklarda milli valyuta ilə saxlamağa üstünlük verirlər.
Digər tərəfdən, milli valyuta ilə qoyulan əmanətlərin faiz dərəcələri daha yüksəkdir və bu amil müştərilər üçün cəlbedicidir.
Paytaxt Bakıda isə vətəndaşlar öz əmanətlərini daha dayanıqlı hesab etdikləri banklarda saxlayırlar və buna görə də xarici valyutaya üstünlük verirlər.
Eyni zamanda, paytaxt sakinlərinin bu seçimi manata olan inamsızlığın göstəricisidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-01-2020, 16:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-01-2020, 16:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti