Telman İsmayılovun qohumundan “Ferrari” əməliyyatı – Həbs edilib
Azərbaycanda doğulub-böyümüş yəhudi iş adamı Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.
regionxeberlericom.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Həmin şahidlər 230 min dollarlıq "Ferrari"nin Vüqar Babayev tərəfindən ələ keçirilməsi epizodu üzrə dindiriliblər.
Belə ki, Vüqar Babayev zərərçəkmiş kimi tanınan Elmar Heybətovdan "Ferrari" markalı abtomobili alaraq 230 min dollara satacağını deyib. Amma vədinə əməl etməyib və Heybətovdan baş etibarnamə ilə maşını aldıqdan sonra başqa şəxsə ucuz qiymətə sataraq pulu ələ keçirib.
Vüqar Babayev "Ferrari"ni 155 min dollara Mirkazım Cavadova satıb. Buna görə də Mirkazım Cavadov məhkəmədə şahid qismində ifadə verib.
Mirkazım Cavadov ifadəsində deyib ki, Vüqar Babayevi tanışlarından biri vasitəsi ilə tanıyıb və yaxın münasibətləri olmayıb.
"Maşını satıram deyəndə əvvəlcə qiymətdə razılaşmadıq. Bir neçə yerə qiymət deyilmişdi. Sonda 155 min dollara razılaşdıq. Sənədləşmə olanda maşın qardaşımın adına keçirildi"- deyə şahid bildirib.
Mirkazım deyib ki, sonradan maşını 210 min dollara başqa şəxsə satıb. Hakim Mirkazımdan soruşub ki, maşını alan zaman sahibinin kim olduğunu bilibmi?
Mirkazım suala cavabında deyib ki, bu məsələ onu maraqlandırmayıb: "Vüqar baş etibarnamə ilə maşını mənə satıb. Mənim üçün maraqlı deyildi ki, maşın kimindir. İndi maşınların çoxu birbaşa sahibi yox, etibarnamə verilmiş şəxs tərəfindən satılır. Mən bu məsələni bilmirdim. Bu, onların arasında olan məsələ idi".
Hakim sual edib ki, maşının dəyərindən xeyli ucuz satılması onu heç şübhələndirməyib?
Mirkazım belə cavab verib: "Gündə nə qədər adam maşın alıb-satır. Kimi ucuz, kimi baha satır. Mən də maşını alıb-satmışam. Kimdənsə məcburi olaraq maşın almamışam. Həm də maşın birinci mənə yox, başqa alıcılara da təklif olunub".
Suallardan aydın olub ki Mirkazım zərərçəkmiş Elmar Heybətovu tanıyıb. Hakim deyib ki, Elmar Heybətovu tanıdıqları halda maşının onun tərəfindən satılıb-satılmadığını niyə dəqiqləşdirməyiblər?
Mirkazım deyib ki, bu, Elmarla Vüqar arasında olan məsələdir. Məhkəmədə şahid qismində Mirkazım Cavadovun qardaşı Ağacan Cavadov da ifadə verib. O da qardaşı kimi eyni məzmunlu ifadə verib.
Məlum olub ki, Ağacan da maşının əsas sahibi, mülkiyyətçisi Elmarı tanıyıb. Ağacan deyib ki, maşının kim tərəfindən satılması onun üçün də maraqlı olmayıb: "Bəlkə Vüqarın Elmara, ya da Elmarın Vüqara verəcəyi var? Bu bizim işimiz deyil. Mən polis, prokuror deyiləm ki, gedib bunu araşdıram. Maşın satılıb, biz də almışıq".
Ağacan suallara aqressiv cavab verdiyi üçün hakim ona xəbərdarlıq edib. İşlə bağlı bəzi epizodları xatırlamayan Ağacandan hakim soruşub: "Hər gün "Ferrari" alırsan ki, necə aldığım, necə sənədləşdirildiyini bilmirsən?".
Ağacan qısa olaraq belə deyib: "Hə, mənim indi də iki "Ferrari"m var".
Məhkəmə araşdırması davam etdirilir. Təqsirləndirilən Vüqar Babayev deyib ki, ümumilikdə zərərçəkmiş Elmar Heybətova 40 min dollar ödəyib.
İttihama görə, Vüqar Babayev külli miqdarda dələduzluq edib. O, tanışı Elmar Heybətovun 230 min dollarını ələ keçirib. Bundan başqa, Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.
Elan olunmuş ittihamla Vüqar Babayev özünü qismən təqsirli bilib. Deyib ki, oğurluq ittihamı ilə qətiyyən razı deyil.
Vüqar Babayev deyib ki, eyni binada yaşadığı tanışı ondan "Ferrari" almasını xahiş edib. Buna görə də ona 230 min dollar verib. Babayev deyib ki, maşının sənədləşdirilməsində problem olub və bu iş alınmayıb.
Sərbəst ifadə verən Babayev deyib ki, lüks maşın həvəskarı olub. Onun dediyinə görə, ən bahalı maşınları almağa, sürməyə böyük həvəsi olub.
O, "Maseratti", "Ferrari", "Mercedes", BMW və bir çox məşhur avtomobil firmalarının lüks modellərin sahib olduğunu deyib. Maşınların qiyməti isə 200-500 min dollar arasında dəyişib.
Hakim ondan bahalı maşınları necə əldə etməsini, gəlir mənbəyini soruşub. Babayev heç bir yerdə işləmədiyini, babasının Telman İsmayılovun qardaşı Çingiz olduğunu deyib. O bildirib ki, anası Telman İsmayılovun qardaşı Çingizin qızıdır.
Babayev izahatında yazıb ki, istədiyi maşını alıb və bir neçə il sürüb. Yeni model çıxdıqda isə maşını sataraq yenisi ilə dəyişib. O, lüks avtomobillərini Bakıdakı avtomobil salonlarında satdığını deyib.
Məhkəmədə məlum olub ki, Babayev Bakıda yaşadıqları mənzili də satıb. Daha sonra isə kirayə mənzildə yaşayıb. İttihamda göstərilir ki, Babayev kirayədə yaşadığı mənzildəki mikrodalğalı sobanı, qabyuyan maşını və televizoru da götürərək satıb.
Amma Babayev bununla razılaşmır, deyir ki, həmin əşyalar xarab olduğu üçün atıb. Babayevin dedikləri məhkəməyə inandırıcı gəlməyib.
Hakim soruşub ki, xarab olan əşyaları niyə mənzilin yiyəsinə verməyib? Babayev deyib ki, bunu etmək ağlına gəlməyib və xarab olduğu üçün zibilxanaya atıb. O deyib ki, həmin əşyaların yerinə yenisini alacaqmış.
O da məlum olub ki, Babayevin xanımı istintaqda ifadə verən zaman deyib ki, evindən əşyalar aparılıb. Onun sözlərinə görə əşyaları Vüqar Babayev aparıb.
Vüqar Babayev bunu ilk dəfədir eşitdiyini deyib. Bildirib ki, həyat yoldaşının bu cür ifadə verməsindən xəbərsizdir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-01-2020, 08:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-01-2020, 08:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01