Hesablama Palatası XİN-də maliyyə pozuntuları aşkarladı
Hesablama Palatasının apardığı audit nəticəsində Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata görə aparılmış konsul əməliyyatlarına görə az göstərilmiş 12,3 min manat məbləğində dövlət rüsumu üzrə dəqiqləşdirilmiş hesabat təqdim olunub.
Bu, Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti barədə Milli Məclisə təqdim olunan hesabatda əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə valyuta növündən asılı olaraq ilin sonuna kimi istifadə edilməyən və onların bank hesablarında qalan 42,6 min avro, 214,7 min ABŞ dolları, 27,4 min İsveç frankı məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunub.
Təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə 7,6 min avro, 19,4 min ABŞ dolları, müxtəlif debitor hesablaşmalar üzrə 34,2 min avro, 37,6 min ABŞ dolları, məbləğində debitor borc dövlət büdcəsinə bərpa olunub. Eyni zamanda təhtəlhesab şəxslər üzrə 10,1 min avro, 4,9 min ABŞ dolları, 18,1 min İsveç frankı, debitor və kreditor hesablaşmalar üzrə isə 128,9 min avro, 547,6 min ABŞ dolları, 30,8 min funt sterlinq, 6,8 min İsveç frankı məbləğində debitor borclar silinib. /ONA/
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-04-2019, 14:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-04-2019, 14:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11