Əsas kapitaldakı bank kreditləri ilə bağlı nələr baş verir? - “Devalvasiya şokundan hələ də...”
Xəbər verdiyimiz kimi, 2017-ci ildə əsas kapitala yönəlmiş vəsaitlərin ümumi həcminin 14,16 faizini bank kreditləri (15,550 milyard manat) təşkil edib. 2018-ci ildə bu göstərici 13 faiz təşkil edib, 2019-cu ilin yanvar-noyabr aylarının yekunlarına görə isə əsas kapitala yönəldilmiş bank kreditləri 7,7 faiz təşkil edib.
Bəs bank kreditləşməsinin ölkənin iqtisadi bazasının formalaşmasında rolu nə dərəcədədir? Ümumiyyətlə, əsas kapitalın artımında bank kreditlərinin azalmasının səbəbi nələrdir?
Bununla bağlı iqtisadçı ekspert Qadir İbrahimli ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan Q. İbrahimli durumu belə şərh edib:
"Bank kreditləşməsinin invetsisyalara təsiri 2015-ci il develvasiya faktından sonra kəskin şəkildə azalıb. Elə hazırkı fəaliyyət dinamikası bununla bağlıdır. Biznes kreditləri çox məhdud şərtlər daxilində verilir. İstehsal kreditlərindən insanlar özləri də çox istifadə etmirlər.
Çünki devalvasiya şokundan cəmiyyət hələ də tam çıxmayıb. Bu baxımdan, investisyaların əsas yükü dövlət investisylarına, xüsusilə də, neft sektorunun payına düşür. Bu da daha çox xarici sərmayə sayılır.
Devalyasiyadan sonra bankların durumu çox yaxşı olmadı. Hətta deyərdim ki, banklar təzəlikcə özünə gəlməyə başlayır. Bayaq da qeyd etdim, biznes kreditləri çox məhdud şərtlər altında verilir, bank faziləri də çoxdur. Bu problemlərin həlli üçün bank faizləri azaldılmalıdır. İş adamlarının kredit resurslarından azadlığı təmin edilməlidir. Yalnız bu şərtlər daxilində bank kreditlərinin artımı mümkündür".
Qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirlib ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12786,9 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,5 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,0 faiz, büdcə vəsaitləri 27,2 faiz, bank kreditləri 7,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,9 faiz təşkil edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-12-2019, 17:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-12-2019, 17:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti