Azərbaycanda ilk bioplastik zavodu tikiləcək
Azərbaycan İnnovasiyalar Agentliyi, "TechnipFMC" və “Yeni Kapital” şirkətləri arasında Azərbaycanda bioplastik (PLA) zavodunun tikintisinə dair ilkin müqavilə imzalayıblar.
"APA-Economics"in məlumatına görə, sənədi İnnovasiyalar Agentliyinin sədri Tural Kərimli, “Yeni Kapital” şirkətinin direktoru Kənan Nəcəfov və "TechnipFMC"nin prezidenti Marko Villa imzalayıblar.
Zavodun tikintisi İnnovasiyalar Agentliyin tabeliyindəki Yüksək Texnologiyalar Parkında nəzərdə tutulur ki, bu da layihəyə vergi və gömrük güzəştləri təmin edəcək.
Tikiləcək zavodun maya dəyəri 150 mln. ABŞ dolları təşkil edir.
PLA layihəsi sayəsində ölkəyə hər il 100 mln. dollardan çox valyuta daxil olması gözlənilir. Layihənin illik gəliri ən azı 110 mln. dollar təşkil edəcək. Qoyulan investisiyanın isə 5 il müddətinə qaytarılması nəzərdə tutulub.
Layihə ətraf mühitin, su hövzələrinin ekoloji təmizliyi və insan sağlamlığı baxımından çox əhəmiyyətlidir. Bioplastik başqa polimerlərlə müqayisədə təbiətdə çox tez çürüyür və bu çürümədən alınan maddə bioloji baxımdan təhlükəsiz, təmiz məhsul sayılır. Bioplastik ətraf mühitə və insan sağlamlığına təhlükə yaratmır. Onun istehsalı nəticəsində təbiətə buraxılan CO2 (karbon qazının) həcmi sıfıra bərabərdir. Bioloji tərkibli və təbiətdə çürüyən PLA polimeri geniş tətbiq olunan neft əsaslı plastikləri əvəzləyə biləcək.
PLA xüsusi texnoloji proseslər (fermentləşdirmə, saflaşdırma, oliqomerləşmə və polimerləşmə) nəticəsində şəkərdən əldə edilmiş məhsuldur. Qarğıdalı və şəkər onun istehsalı üçün xammal mənbəyi olacaq. PLA birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsulların (qida qabları, süfrə, çanta, müxtəlif təyinatlı əşyalar) istehsalında tətbiq olunacaq.
PLA fərqli sektorlarda yeni sahələrin (tibbi qurğular, bioloji parçalanan mebellər, 3D çap, yüksək texnoloji avadanlıqlar, toxuculuq və s.) yaranmasına da təkan verəcək. Əhalinin məşğulluğu üçün əhəmiyyətli sayılan bu layihə çərçivəsində sənaye, kənd təsərrüfatı, təkrar emal, xidmət, logistika və bir sıra başqa istiqamətlərdə yeni iş yerləri açılacaq.
Mövcud plana görə, ilk 3-5 il ərzində zavodun tikinti və quraşdırılmasında 1 000-dən artıq insan mühəndis və inşaatçı çalışacaq. Növbəti illərdə isə bu layihə ilə bağlı müxtəlif sahələrdə çalışanların sayı 7 min nəfərdən artıq olacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:11-12-2019, 17:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:11-12-2019, 17:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11