Satışlar kəskin azala bilər - Azərbaycan avtomobil bazarında böhran olacaq?
“Fitch Ratings” reytinq agentliyi bu ilin sonuna qədər dünyada 2008-ci ildən bəri qlobal avtomobil satışında ən böyük enişi (3,1 milyon azalma) görəcəyini proqnozlaşdırır. Bu, dünya avtomobil bazarında baş verən neqativ proseslərin davam etməsi, xüsusən də avtomobil istehsalının azalmasının intensivləşməsi deməkdir.
Dövlət Gömrük Komitəsinin 2020-ci ildən etibarən istehsal müddəti 7 ildən yuxarı olan, istifadə olunmuş və Azərbaycana idxal olunan avtomobillərə aksiz vergisini artırmaq planları da gündəmdədir.
Bütün bunlar Azərbaycanın avtomobil bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, bu proseslər Azərbaycanın avtomobil bazarına böyük təsir etməyəcək:
“Azərbaycanın avtomobil bazarının həcmi beynəlxalq avtomobil bazarı içərisində nəzərə çarpmayacaq həcmdədir. Yəni həddindən artıq çox kiçikdir. Digər tərəfdən əgər idxalda azalmalar olarsa, yəqin ki, onun yerini daxili bazarda avtomobil istehsal edən şirkətlər öz həcmlərini artırmaqla bazarda paylarını da artıracaqlar. Bizdə bazarın həcminin tutumunun azalıb-artması insanların gəlirliyindən, işgüzar aktivliyindən və idxal qiymətlərindən çox asılıdır”.
Ekspert idxal olunan avtomobillərə aksiz vergisinin artırılması məsələsinə də münasibət bildirib:
“Ötən il gömrük rüsumları artanda mətbuatda çoxlu məqalələr oxuyurdum ki, idxal aşağı düşəcək, avtomobil bazarında qıtlıq olacaq. Amma görürsünüz ki, müəyyən müddətə azalma olsa da, yenə həcm öz yerinə qayıtdı”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-11-2019, 15:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-11-2019, 15:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti