Bu vergilərdən azaddırlar” – Nazirlik rəsmisindən hibrid avtomobillərlə bağlı açıqlama
Ekoloji cəhətdən təmiz olan elektromobillərin dünya ölkələrində geniş yayılmasının səbəbləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı açıqlama verib.
Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsidir. E. Qarabağlı bu sahədə dünya ölkələrinin təcrübəsindən danışıb:
“Dünyanın bir çox ölkələrində nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə ekoloji cəhətdən təmiz və yanacaq sərfiyyatı az olan elektrik və hibrid avtomobillərinin maddi cəhətdən daha əlçatan olması üçün genişmiqyaslı strategiyalar həyata keçirilir, təşviqedici addımlar atılır. Dünya təcrübəsində təşviqedici addımlar kimi elektromobil alıcılarına, satıcılarına müxtəlif tipli güzəştlər tətbiq edilir, prioritetlər müəyyən olunur və maddi dəstək göstərilir. Təbii ki, belə təşviq çox vacibdir və yaxşı nəticələr verir”.
O, dünyanın hansı ölkələrində bu cür avtomobillərdən daha çox istifadə olunması və nə kimi təşviqedici addımlar atılmasından da söhbət açıb:
“Dünyada 5,1 milyondan çox elektromobil və hibrid avtomobilindən istifadə olunur və bu avtomobillərin 80 faizi ABŞ, Çin, Yaponiya, Hollandiya və Norveç kimi ölkələrin payına düşür.
Elektromobil avtomobillərdən ən çox istifadə edən Çində istifadəçilər yol vergisindən, satışı ilə məşğul olanlar isə satış vergisindən azaddırlar və bu avtomobillərin qeydiyyata alınması üçün rüsum da tələb olunmur. Elektriklə çalışan avtobusların əksəriyyəti də bu ölkənin payına düşür və onlar üçün ayrıca elektrik doldurma məntəqələri fəaliyyət göstərir.
Böyük Britaniyada isə elektromobil avtomobillər aksiz və yol vergilərindən azaddırlar, istehlakçılara müxtəlif güzəşt və maddi dəstək təklif edilir, genişmiqyaslı enerji doldurma məntəqələri qurulub. Öz həyətlərində şarj məntəqəsi quraşdıran elektrik və hibrid avtomobil istifadəçiləri isə istifadə etdikləri elektrik enerjisinə görə 20 faiz əvəzinə 5 faiz vergi ödəyir.
Türkiyədə də elektromobil sahiblərinə verilən güzəştlər çoxsaylıdır. Burada elektromobil istifadəçilərinə avtomobillərin mühərrik gücünə görə genişmiqyaslı güzəştli vergi dərəcəsi tətbiq olunur, çoxlu sayda şarj məntəqələri quraşdırılır və bu sahədə nəzərəçarpacaq irəliləyişlər əldə edilib. Elektromobillərin istifadəsinə dəstək vermək məqsədilə onların idxalçılarına və alıcılara dövlət tərəfindən subsidiyalar verilir.
Norveç isə hər 1000 nəfərə düşən elektromobil sayına görə dünyada ən yüksək göstəriciyə malikdir. Burada istismar müddətinin bitməsinə az qalmış, havanı çirkləndirən nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir. 2025-ci ilədək isə ölkə ərazisində yanacaqla işləyən nəqliyyat vasitələrinin istifadəsinin tamamilə qadağan olunması planlaşdırılır.
Dünya təcrübəsində elektromobillərlə bağlı tədbirlər dövlət-özəl qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir”.
O bildirib ki, elektrik və hibrid avtomobillərin Azərbaycanda istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar:
“Ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin təşviqi, stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır. Azərbaycanda da elektriklə çalışan avtomobillərin istifadəsinin genişləndirilməsi ölkənin ekoloji durumunu yaxşılaşdıra bilər”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-10-2019, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-10-2019, 14:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01