Mağazaların qiymət oyunu: - istehlakçılar necə aldadılır?
Bir zamanlar “Favorit” adlandırılıb, sonradan isə “Araz” marketə çevrilə mağazalardan çoxsaylı şikayətlər var. Şikayətçilər bildirirlər ki, bu mağazalarda məhsulların üzərinə yazılan əksər qiymətlər kassada çıxan qiymətlə uyğun gəlmir. Xüsusilə də mağazalarda toyuq məhsullarının qiymətlərində bu cür istehlakçı hüquqlarının pozulduğu iddia edilir.
Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı kimi mağazada olub, alış-veriş etdiyimiz zaman iddiaların həqiqət olduğunu öyrəndik. Belə ki, üzərinə 4 manat 70 qəpik yazılan dondurulmuş toyuq üçün kassada 5 manat 50 qəpik çıxıldı. Üstəlik də verilən qəbz oxunmaz dərəcədə ağ çıxarılmışdı. Məsələ ilə bağlı mağaza rəhbərliyi, sadəcə, bunu bildirdi ki, qiymətlər qalxıb, məhsulun üzərində isə dəyişiklik etməyi unudublar.
“Yeni Müsavat”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, həmin mağazalar şəbəkəsindən çoxsaylı şikayətlər alır: “Azərbaycanda nəyə yeni texnologiyalar daxil olursa, mütləq onun arxasınca istehlakçıdan çoxlu pul qoparmaq da gəlir. Supermarketlərə ”scaner"lə oxuyub qiymətləndirmə daxil olduqca, paralel olaraq istehlakçılardan artıq pul alınması kimi hallar baş verir. İllərdir ki, bütün marketlərdə bu cür şikayətlər alırıq. Belə ki, istehlakçı məhsulun üzərində bir qiymət görür, kassada başqa bir qiymət. Əslində istehlakçının hüququ var ki, üzərinə yazılan pulu versin. Lakin nə etmək olar? Malı buraxmırlar və məcbursan ki, çıxışdakı qiyməti verəsən. Bu cür hallarda irad bildirən zaman həmişə deyirlər ki, yadımızdan çıxıb. Yaxud da malın qiyməti qalxıb. Əgər yadınızdan çıxıbsa, niyə bir dəfə əksinə olmur? Hökumət nümayəndələrinin şişirdilmiş qiymətlərlə mübarizəyə dair çoxlu fikirlərinə rast gələ bilərik. Bu ad altında öz soğanını, kartofunu satan adama təzyiq edirlər ki, qiymətləri aşağı sal.
Əslində bu, absurd haldır. Əgər şişirdilmiş qiymət axtarırsansa, marketlərə nəzər salmalısan. Marketlərin idarə olunması ilə bağlı dövlətin heç bir qanun-qaydası yoxdur. Burada istehlakçıların soyulması baş verir. 300-400 manatlıq mal alanda baxırsan ki, 50 manat da artıq yazıblar. Bu barədə bizə xeyli şikayətlər olub. Aldatma əsasən çoxlu mal alan zaman baş verir. Bu, konkret olaraq istehlakçıların hüquqlarının pozulmasıdır. Ölkə prezidenti dəfələrlə bazarda şişirdilmiş qiymətlərin olduğunu dilə gətirib. Bu ad altında dövlət məmurları yarmarkalarda qiymət tənzimləyirlər. Halbuki mağazalarda vəziyyət daha acınacaqlıdır. Əgər hökumət şişirdilmiş qiymətlə bağlı bazara müdaxilə etmək istəyirsə, o zaman Nazirlər Kabinetinin qərarı, malların siyahısı olmalıdır ki, bu qiymətdən baha satmaq qadağandır. Necə ki, bunu apteklərdəki qiymətlərə tətbiq ediblər. Əks halda məmurun yarmarkada, bazarda olan qiymətə müdaxiləsi yanlışdır".
Ekspert bildirib ki, şişirdilmiş qiymətə bariz nümunə mağazalardakı bu kimi hallardır:
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütləq müdaxilə etməlidir. Marketlər üçün mütləq şəkildə qaydalar hazırlanmalıdır. Bu qaydaların içərisində əhalinin marketlərə girəndə yoxlanması, qadınların çantalarının yoxlanması, hər bir alıcıya potensial oğru kimi baxılması məsələsi həll olunmalıdır. Belə bir qaydalar isə mövcud deyil. İstehlakçılar onu da bildirirlər ki, təqdim olunan ”çek"lər standarta uyğun deyil. Qəsdən rəngi az qoyurlar ki, oxunmasın. İstehlakçının bu yolla da hüquqları pozulur. 80 faiz yerlərdə də ümumiyyətlə, malın adı yazılmır. Bu, tamamilə qanuna ziddir və nəzarət olunmalıdır".
Paylaş:
Müəllif : Yazar
Tarix:2-10-2019, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-10-2019, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti