Qiymətlər qalxacaq - Ekspertdən bahalaşma xəbərdarlığı
Bir neçə gün öncə yumurtanın qiymətinin qalxması müzakirələrə səbəb olmuşdu. Ümumiliyyətlə, payız aylarından digər sahələrdə də qiymət artımının olacağı proqnozlaşdırılır. Bildirilir ki, buna sentyabrdan bəzi sahələrdə çalışanların maaş artımı və pensiyalardakı artım təsir edəcək.
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli danışıb. O qeyd edib ki, çoxlu pul kütləsinin bazara daxil olması qiymət artımına gətirib çıxaracq:
“Qiymətlərin qalxması təkcə xərclərlə bağlı deyil. Maliyyə sferasına əlavə daxil olacaq pul kütləsinin təzyiqləri nəticəsində qiymət artımılarını hiss edəcəyik. Artıq sentyabr ayında minimum əmək haqqının artması il bağlı həmin pul kütləsinin bir hissəsi daxil olub. Amma qarşıdakı aylardan etibarən minimum əmək pensiyanın təxminən 15-30 faiz qalxması ticarət dövriyyəsini stimullaşdıracaq. Azərbaycanda da bir rəqabət mühiti olmadığından ticarət dövriyyəsinin artması qiymət artımına təsir göstərəcək”.
A. Nəsirli qiymət artımının qarşısını almağın yollarını da göstərib:
“Bunun qarşısını almaq üçün hansı tədbirlərin görülməsini hökümət planlaşdırmalıdır. Mən hesab edirəm ki, inzibati təzyiqlər vasitəsilə bunu cilovlamağa çalışacaqlar. Amma bunu həyata keçirmək iqtisadiyyatın prinsiplərinə zidddir və həyata keçirmək çox çətindir. Yəni bu qədər satıcı var, bunların hamısına eyni zamanda nəzarət etmək mümkün deyil. Ölkədə rəqabət mühitinin yaradılması, məhsul bolluğu üçün müəyyən proqramların həyata keçirilməsi amilləri bazara iqtisadiyyatında qiyməti cilovlayan ən çevik vasitədir. Əgər bazarda rəabət mühiti olsaydı, sahibkar yumurtanın qiymətini 5 faiz artırmağa tərəddüd edəcəkdi. Çünki bazarda rəqibinə uduzardı. Amma bizdə əksinədir. Yumurtanın qiyməti 5 faiz artırsa, bazarda 10 faiz artımla satırlar. Çünki onun rəqib qorxusu yoxdur”.(Yeni Sabah)
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-09-2019, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-09-2019, 11:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11