İş adamı futbol klubunu satışa çıxarır - 1 milyarda
Fransanın “Monako” futbol klubunun sahibi rusiyalı iş adamı Dmitri Rıbolovlev futbol klubunun dəyərini təxminən 1 milyard dollar qiymətləndirir.
Xarici mediya bildirir ki, yanvarın 21-də “Les Echos” iş adamının Monakonu satmağı düşündüyünü yazıb. Rıbolovlev, 2011-ci ildə aldığı klubun səhmlərinin 66,67%-nə sahibdir. Müqavilənin şərtlərinə görə, o, dörd il ərzində komandaya ən azı 100 milyon avro sərmayə qoymalı olub.
Dmitri Rıbolovlev gübrə istehsalçısı “Uralkali”nin keçmiş sahibidir. “Forbes” jurnalına görə o, Rusiyanın ən zəngin 30 adamı sırasındadır. Onun 2023-cü ilə olan sərvəti 6,4 milyard dollar olaraq qiymətləndirilib.
İş adamının rəhbərliyi altında “Monako” tarixində səkkizinci dəfə 2017-ci ildə Fransa çempionu olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-01-2024, 14:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-01-2024, 14:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti