“Bizdə qadınlar papaq qoymur, əsl kişilər papaq daşıyır” – Nurməhəmmədov
“Titulumu üçüncü dəfə müdafiə etmək? Son iki il mənim üçün çox gərgin keçib”.
APA-nın məlumatına görə, bunu MMA üzrə UFC versiyasının dünya çempionu Həbib Nurməhəmmədov deyib.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən UFC-242 çərçivəsində ABŞ təmsilçisi Dastin Poryeni məğlubiyyətə uğradan rusiyalı idmançı yüngül çəki dərəcəsində ən güclü olduğunu bir daha sübut edib. 28-ci döyüşdə 28-ci qələbəsini qazanaraq dünya çempionu kəmərini özündə saxlayan H.Nurməhəmmədov titulunu qorumaq üçün növbəti qarşılaşma barədə düşünməyə tələsmir.
O, bunu D.Porye üzərində qələbədən sonra açıqlayıb: “Bir az dincəlmək istəyirik. Üzərimdə, çiyinlərimdə bu qədər təzyiq var. Mənə bir az vaxt verin. Ola bilər ki, bir neçə gün. Mənə istirahət etmək lazımdır”.
Dünya çempionu nailiyyətlərində pay sahibi olanlara təşəkkürünü də çatdırıb: “Bilmirəm, niyə həyatımda bu qədər hadisələr var. Allaha, burda yanımda olan atama, məşqçim Mendesə, qardaşıma, hamıya təşəkkür edirəm. Biz birlikdə doğulub-böyümüşük. Mən hər şeyə onların – atamın, sparrinq-rəqiblərin, qardaşlarımın, İslamın, Zubenin, hamısının sayəsində nail olmuşam. Kimi unutdumsa, bağışlayın. Əmilərimə, dayılarıma, hamıya minnətdaram”.
H.Nurməhəmmədov əynindəki formanı daşıması barədə də danışıb: “Niyə bu futbolkanı geyinirəm? Bilirəm ki, Dastin aktiv şəkildə xeyriyyəçiliklə məşğuldur. Şübhə etməyin, bu geyimi satıb, bütün pulu ona verəcəyəm. Bu, mənim istədiyimdir. Dastinlə bir-birimizə döyüşə qədər də böyük hörmətimiz var idi. Axmaqla üz-üzə gəldiyim ötən döyüşlə müqayisədə tam fərqli münasibətlər. Mən onda çox dəlisov hərəkətlər etdim. Hər şeyi unutmaq istəyirəm. Biz göstəririk ki, MMA nədir. Burda əsas hörmətdir. Zala gələndə məşqçinin dediyi ilk söz o olur ki, buranı təmizlikdə saxlamalı, həmkarlarına, rəqiblərinə, məşqçilərinə hörmət etməlisən. Hörmət hər şeydən öndədir. Bunu Dastin və onun gözəl komandası da göstərir”.
Rusiyalı idmançı başındakı papaq barədə də fikirlərini bildirib: “Rusiyadan, Dağıstandan, bütün MDB ölkələrindən, dünyadan bura gələnlərə təşəkkür edirəm. Burada o qədər papaq gördüm ki. Bununla fəxr edirəm. Bu, təkcə Dağıstanın, Çeçenistan, İnquşetiyanın deyil, bütün Şimali Qafqazın mədəniyyətidir. Mən dağlarda böyümüşəm. Biz orda ona görə papaq daşımırıq ki, hər kəs bunu edə bilər. İlk növbədə şərəfin olmalıdır, sən kişi olmalısan. Bizdə qadınlar papaq qoymur, əsl kişilər papaq daşıyır. Mən bu papaqları görəndə enerji ilə əlavə enerji aldım. Hamıya təşəkkür edirəm”.
Qeyd edək ki, H.Nurməhəmmədov 3-cü raundda boğucu fəndlə amerikalı rəqibini təslim olmağa vadar edib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-09-2019, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-09-2019, 10:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11