Boksçumuz Avropa Oyunlarında erməni rəqibinə qalib gəldi
Azərbaycan boksçusu Məhsəti Həmzəyeva-Ağamalıyeva Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/8 finalda Ermənistan idmançısı Tatevik Xaçatryan ilə qarşılaşıb.
Görüş M.Həmzəyeva-Ağamalıyevanın inamlı qələbəsi ilə başa çatıb. Erməni rəqibinə heç bir şans verməyən boksçumuz 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Bununla da Avropa Oyunlarında dörddəbir finala yüksələn Azərbaycan boksçularının sayı dördə çatıb. Məhsəti Həmzəyeva-Ağamalıyevadan əvvəl Sərxan Əliyev (71 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir finala vəsiqəni təmin ediblər.
Dörddəbir final döyüşləri iyunun 28-də keçiriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-06-2023, 21:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-06-2023, 21:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11