EYOF: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Hüseyn Məmmədov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
regionxeberlericom.az-un "Report"a istinadən məlumatına görə, 90 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə rusiyalı Axmed Maqomadovla üz-üzə gəlib. Cərimə xalları hesabına rəqibinə qalib gələn Məmmədov qızıl medal qazanıb.
81 kq-dakı Məhərrəm İmamverdiyev isə bürünc medal əldə edib. O, üçüncü yer uğrunda dueldə israilli İftaç Badaşdan güclü olub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları əvvəlki iki gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər. Beləliklə, çüdoçular fərdi mübarizədə EYOF-u 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
İyulun 27-də cüdo idman növündə komanda yarışları baş tutacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-07-2019, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-07-2019, 17:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01