Mahir acınacaqlı məğlubiyyətdən danışdı: “Təslim olmayacağıq“
"Avropa Liqasının qrup mərhələsi başlamazdan əvvəl yaxşı çıxış edəcəyimizi bilirdim. İki qələbə ilə başladıq. Cədvəldə lider idik, lakin “Napoli”nin gücünü bilirdik. Onlar yaxşı futbol oynayırlar. Biz özümüzü buna hazırlamışdıq. Çətin oyun olması normaldır.Penalti, hansısa səhvlər sonda uduzmağımıza gətirib çıxardı".
Bu sözləri "Legiya"nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Napoli"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra "TVP Sport"a açıqlaması zamanı söyləyib.
Sözügedən görüşdə komandasının yeganə qolunun müəllifi olan millimizin üzvü daha sonra bildirib: "Əgər uduzuruqsa, qol vurmağım heç bir məna kəsb etmir. Bu situasiyaları təhlil edib, səhvlərimiz üzərində işləmək və sadəcə irəliləmək lazımdır. Biz təkcə qol vurmağımızda deyil, həm də yaxşı hücumlar qurmağa çalışmağımızda, birlikdə oynamağımızda, məşqdə gördüyümüz işlərdə müsbət cəhətləri axtarırıq. Bu, böyük bir məşqçi işidir. Məşqdə olduğu kimi meydanda da bunu etməyə çalışırıq. İnanıram ki, hər şey düzgün istiqamətdə gedəcək".
O, topsuz çox qaçanda rəqibə boş sahə verməklərinin normal olduğunu vurğulayıb:" Əslində, onlar bizdən daha çox futbol keyfiyyətinə malikdirlər. Komanda olaraq qalib gəlirik və komanda olaraq uduzuruq. Lakin bu gün “Napoli”nin keyfiyyəti daha yüksəkdir. Ancaq nəticə uyğun olmadı. 1:4 hesabı ilə uduzmalı deyildik".
24 yaşlı hücumçu 10-cu dəqiqədə hesabı açdıqdan sonra baş məşqçisi Marek Qolembevskini qucaqlaması ilə bağlı deyib: “6 oyundur fərqlənə bilmirdim. Mənə güvəndiyini hiss etdim. Məhz onun sözləri məni mübarizə aparmağa və yaxşı oynamağa sövq edir. Bu, ona minnətdarlığım idi”.
M.Emreli növbəti matçlarda daha yaxşı oynayacaqlarını söyləyib: "Müsbət cəhətlərimiz var və biz onlardan istifadə edtməliyik. Hər şey günü-gündən daha yaxşı olacaq. İnanarıq ki, hər şey daha yaxşı ola bilər və biz buna hazırlaşacağıq. Biz "Legiya"yıq. Hər şey üçün mübarizə aparmalıyıq. Biz təslim olmayacağıq".
Paylaş:
Müəllif : Fuad
Tarix:5-11-2021, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |