Nazir dünya çempionu olmuş idmançımızı aeroportda qarşıladı - FOTO
Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanmış yunan-Roma güləşçimiz Rafiq Hüseynovu aeroportda şəxsən qarşılayıb.
Bununla bağlı R.Hüseynov “Instagram” hesabında paylaşım edib.
“Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov səhər saat 5-də şəxsən özü idmançılarımızı hava limanında qarşılayır. Hər bir rəhbər vəzifəli şəxsə örnək olacaq bir addım...
Əlbəttə bu, bizim üçün şərəfdir və gələcək yarışlarımızda bizə daha da əzmlə çalışmağa vadar edən bir addımdır.
Bizə dəyər verdiyiniz üçün təşəkkürlər, cənab nazir”.
Qeyd edək ki, Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda keçirilən güləş üzrə dünya çempionatında Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun zabiti qızıl medal qazanıb. Yarışda ölkəmizi hər 3 güləş növü üzrə idmançılarımız təmsil edib.
Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.
Yarışın 6-cı günündə 82 kq çəki dərəcəsində mübarizəyə qoşulan yunan-Roma güləşçimiz baş leytenant Rafiq Hüseynov əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. Rafiq ilk hissəni 0:6 hesabıyla başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən zabitimiz güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanıyla gərgin keçən görüşdən də üzüağ çıxan Rafiq ardıcıl 2-ci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu olub.
Rafiq Hüseynov bundan qabaq 2 dəfə Qızıl Qran-Pri qalibi, dəfələrlə Azərbaycan çempionu, Avropa çempionu, 2015-ci ildə keçirilən hərbçilərarası Olimpiya çempionatının qalibi, 2017-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya ikincisi və 77 kq çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-10-2021, 14:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-10-2021, 14:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01