Olimpiadada başqa ölkə adından çıxış edən Azərbaycan əsilli idmançılar - FOTO
Avqustun 8-də başa çatan XXXII Tokio Yay Olimpiya Oyunlarında bir neçə Azərbaycan əsilli idmançı olub ki, başqa ölkələr adından çıxış edib.
regionxeberlericom.az Oxu.Az-a istinadən onların hansı nəticələrlə yadda qaldığını təqdim edir:
Cesika və Cenifer Qədirova bacıları (idman gimnastikası) – Böyük Britaniya
Ata-anası azərbaycanlı olan əkiz bacılar 2004-cü ildə valideynlərinin İrlandiyanın paytaxtı Dublinə səfəri zamanı anadan olub. 16 yaşlı bacılar hazırda idman gimnastları kimi Böyük Britaniyanın millisində çıxış edir. Bu il İsveçrənin Bazel şəhərində keçirilmiş Avropa çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazanmış Cesika artıq necə idmançı olduğunu göstərə bilib. Qədirova bacıları, Alis Kinsela və Ameli Morqandan ibarət Böyük Britaniya komandası Rusiya və ABŞ millilərinin ardından Olimpiadada üçüncü olub.
Pərviz Nəsibov (yunan-Roma güləşi) – Ukrayna
Ağstafa rayonunun Muğanlı kəndində anadan olan Pərviz altı yaşından sonra ailəsi ilə Ukraynanın Nikolayev şəhərinə köçüb. O, mayda Bolqarıstanın paytaxtı Sofiyada keçirilən lisenziya turnirində 67 kq çəki dərəcəsində Rəsul Çunayevə 1/4 finalda rəqib olub. Məhz Rəsulun Olimpiadaya vəsiqə qazanmamasının səbəbi Pərvizə 2:3 uduzması olub. 67 kq çəki dərəcəsində yunan-Roma güləşində Azərbaycan təmsilçisi olmasa da, ölkəmiz Pərvizin qələbəsi üçün dua edib. Hazırda Ukraynanın Zaporojye şəhərində yaşayan 22 yaşlı Pərviz ilk dəfə qatıldığı Olimpiadadan gümüş medalla qayıdıb. O, ABŞ, Rusiya və Misirdən olan rəqiblərini məğlub etsə də, finalda İranı təmsil edən Qaşqay türkü Məhəmməd Rza Gərayiyə uduzub.
Murad Əliyev (boks) – Fransa
Əslən Bərdə rayonundan olan Murad Moskvada doğulub. O, altı yaşında Fransaya siyasi mühacir kimi köç edib. 22 yaşında Fransa vətəndaşlığını əldə edən Murad bu ölkənin əsas boks millisinin ən ağır çəkidə çıxış edən üzvüdür. O, 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarında gümüş medal qazanmaqla artıq öz perspektivini göstərə bilib. Bu yarışda isə onun qarşısını hakimlər kəsib. +91 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Siyavuş Zuxurovu (Tacikistan) 5:0 məğlub etsə də, 1/4 finalda haqsızlıqla üzləşib. Belə ki, Freyzer Klarkla (Böyük Britaniya) görüşdə rəqibin qaşının partlamasında o günahlandırılıb və qəsdən baş zərbəsi endirdiyi səbəbi ilə diskvalifikasiya olunub. 45 dəqiqədən sonra Muradın günahsız olduğu sübut olunsa da, artıq iş-işdən keçmiş və azı bürünc medalı onun əlindən alınmışdı.
Ramil Quliyev (atletika-sprinter) – Türkiyə
2011-ci ilədək Azərbaycanın şərəfini qoruyan, daha sonra Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə ilə olan münaqişəsinə görə 2014-cü ildən Türkiyə adından çıxış edən Ramil Quliyev üçün uğursuz Olimpiada oldu. Türkiyənin dünya və Avropa çempionu 200 metr məsafəyə qaçışda 20.54 nəticə ilə ikinci kimi yarımfinala vəsiqə qazansa da, bu mərhələdə 20.31 nəticə göstərib. O, bu nəticə ilə altıncı olub və finala yüksələ bilməyib.
Səid Molayi (cüdo) – Monqolustan
Tehran azərbaycanlısı olan Səid 2019-cu ildə Tokioda keçirilən dünya çempionatının finalında İsrail cüdoçusu Saqi Muki ilə güləşməmək üçün yarımfinalda Belçika idmançısına təzyiq sayəsində uduzub. O, daha sonra ölkəsinə qayıtmaq istəməyərək Almaniyada sığınacaq alıb, həmin ilin dekabrından Monqolustan prezidentinin dəvəti ilə bu ölkənin vətəndaşlığını qəbul edib və bu ölkə adından çıxış etməyə başlayıb. Daha öncə isə Azərbaycan Cüdo Federasiyasından da dəvət alıb və siyasi səbəblərdən bu transfer baş tutmayıb. Səid bu Olimpiadada 81 kq çəki dərəcəsində Qazaxıstan, Azərbaycan, Gürcüstan və Avstriya cüdoçularına qalib gəlib. Finalda Takanori Naqaseyə (Yaponiya) uduzaraq gümüş medalla kifayətlənib.
Xanım Vəliyeva (qadın güləşi) – Rusiya
Rusiyanın Krasnoyarsk şəhərində doğulmuş Azərbaycan əsilli Xanım ötən il Avropa çempionu, bu il isə qitə ikincisi olsa da, ümidləri doğrultmayıb. 68 kq çəki dərəcəsində çıxış edən Xanım kanadalı rəqibinə 7:0 qalib gəlsə də, 1/4 finalda monqolustanlı güləşçiyə 5:8 hesabı ilə uduzaraq medalsız qalıb.
Sahil Allahverdiyev (boks) – Gürcüstan
Gürcüstanda Saxil Alaxverdovi kimi təqdim olunan azərbaycanlı boksçu Olimpiadada ən yüngül çəkidə gücünü sınayıb. Ancaq o, ilk görüşdə Hu Cianquana (Çin) 0:5 hesabı ilə uduzaraq mübarizəni erkən başa vurub.
Səccad Gənczadə (karate) – İran
Daha bir Tehran azərbaycanlısı olan Səccad dünya və Asiya çempionluğundan sonra artıq Olimpiya qızılını da qazanıb. Düzdür, onun çempionluğu qeyri-adi formada baş tutub. Belə ki, +81 kq çəki dərəcəsində yarışan Səccad finalda Tarik Hamedi (Səudiyyə Ərəbistanı) ilə görüşdə 1:4 hesabı ilə hesabda geri olsa da, rəqibin qanunsuz ayaq zərbəsi ilə nokauta düşüb. Nəticədə baş hakim rəqibi diskvalifikasiya edərək, Səccadı qalib elan edib. Hazırda o, İranın Olimpiya çempionu olan yeganə karateçisidir.
Bundan başqa, 1992-ci il Olimpiadasında Azərbaycanın iki Olimpiya çempionundan biri olan Valeri Belenkinin də uğurunu qeyd etməyə bilmərik. Bakıda doğulmuş yəhudi əsilli məşqçi Almaniyanın kişi idman gimnastikası üzrə millisinin çalışdırıcısı kimi uğur qazanıb. Belə ki, onun yetirməsi Lukas Dauzer paralel qollarda 15.700 xal toplayaraq gümüş medal qazanıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-08-2021, 15:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-08-2021, 15:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01