Şəhid övladı ölkəmizə medallar gətirdi - Fotolar
29 iyun - 02 iyul tarixlərində Ukraynanın Koblevo şəhərində təşkil edilən Yeniyetmə, gənclər və böyüklər arasında, Universal döyüş növləri üzrə Dünya kubokunda Azərbaycan yığma komandası 24 idmançı ilə təmsil olunub. Onlardan 2 nəfəri Qurbanov Sadiq Nadir oğlu və Əmirov Amid Şirazi oğlu Naftalan şəhər UGİM-in yetirmələridir.
Naftalan şəhərində böyük alqışla qarşılanan idmançılar ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlərin adına ucaldılmış Memorial xatirə kompleksini ziyarət edib, gül dəstələri düzərək ruhlarını böyük ehtiramla yad ediblər.
Şəhəri təmsil edən Sadiq Qurbanov “light” versiya üzrə 55 kq çəki dərəcəsində II yeri tutaraq gümüş medala, “classic” versiya üzrə III yeri tutaraq bürünc medala, Amid Əmirov isə “light” versiya üzrə 66 kq çəki dərəcəsində III yeri tutaraq bürünc medala sahibləniblər.
Qeyd edək ki, Sadiq Qurbanov Vətən müharibəsinin ilk günü erməni vandalları tərəfindən Naftalan şəhərinin Qaşalt-Qaraqoyunlu kəndinə atılmış top mərmisi nəticəsində 5 ailə üzvünü-anasını, qardaşını, nənəsini, babasını və əmisi qızını itirib.
İdmançılarla görüşən şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov onları təbrik edərək vurğulayıb ki, hər sahədə olduğu kimi bütün bu uğurlar və nailiyyətlər Prezident İlham Əliyevin Azərbaycan idmanına, idmanın inkişafına və gənclərin sağlam gələcəyinə böyük qayğısının təzahürüdür.
Sonda idmançılara və məşqçiyə İcra hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
Ümumilikdə həmin yarışda ölkəmizə 8 qızıl, 2 gümüş, 9 bürünc medal həmçinin, II və III yerlərin qalibi olaraq 3 kubok gətirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2021, 18:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-07-2021, 18:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26