Avstriya 1/8 finalda
Futbol üzrə Avropa çempionatında 1/8 finalın daha bir iştirakçısı müəyyənləşib.
C qrupunda Niderland millisindən sonra, Avstriya yığması da pley-offa vəsiqə qazanıb.
Qrupdakı son oyunda Ukrayna seçməsi ilə üz-üzə gələn Franko Fodanın baş məşqçi olduğu kollektiv minimal hesablı qələbə qazanıb. Rumıniyanın paytaxtı Buxarestdəki “Milli Arena”da keçirilən görüşdə yeganə qolu 21-ci dəqiqədə Feliks Baumqartner vurub. Bu nəticədən sonra xallarını 6-ya çatdıran avstriyalılar 2-ci yerin sahibi kimi qrupdan çıxıblar. Komanda 1/8 finalda A qrupunu ilk pillədə tamamlayan İtaliya millisinə rəqib olub. Bu oyun iyunun 26-da İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq. Ukraynalılar isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.
C qrupunun digər oyununda Niderland və Şimali Makedoniya yığmaları üz-üzə gəliblər. Amsterdamdakı “Yohan Kroyf Arena”da oynanılan və formal xarakter daşıyan görüş “narınclılar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 24-cü dəqiqədə Memfis Depay, 51 və 58-ci dəqiqələrdə isə Corcinyo Veynaldum vurublar. Niderland seçməsi pley-offda D, E və ya F qrupunda 3-cü yeri tutan kollektivlə qarşılaşacaq. Görüş iyunun 27-də Macarıstanın payaxtı Budapeştdəki “Puşkaş Arena”da olacaq.
Qeyd edək ki, bu gün B qrupunda da mübarizəyə yekun vurulacaq. Bakı vaxtı ilə eyni saatda 23:00-da başlayacaq matçlarda Rusiya millisi Danimarka ilə, Finlandiya yığması isə Belçika ilə üz-üzə gələcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-06-2021, 22:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-06-2021, 22:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01