Avropa çempionatının loqosunda Rafael Ağayevin şəkli olacaq
Bakıda 14-17 mart tarixlərində X “Baku Open” beynəlxalq karate turniri keçiriləcək. Bu yarış gələn il Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Sözügedən yarışda ona yaxın ölkə iştirak edəcək.
regionxeberlericom.az bildirir ki, bunu Oxu.Az-a Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
O bildirib ki, martın 13-də Avropa Hakimlər Komissiyasının avstriyalı sədri Alois Visbök yarışın referileri üçün seminar keçirəcək. Həmçinin, bu yarışı Avropa Karate Federasiyasının ispaniyalı prezidenti Antonio Espinos da izləməyə gələcək.
“Bildiyiniz kimi, mən həm də Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin üzvüyəm. Bakıda Premyer Liqa və A Seriyası turnirlərinin keçirilməsi üçün dəfələrlə Espinosla söhbətim olub. Mənə deyib ki, çalışın, “Baku Open”ı və Olimpiadaya son lisenziya verən Avropa çempionatını yaxşı keçirməliyik.
O deyib ki, bu yarışları yaxşı təşkil etsək, 2021-ci ildə Premyer Liqa yarışının Bakıda keçirilməsinə razılıq veriləcək. Premyer Liqa isə A Seriyası ilə birgə 196 ölkədən cəmi 11-də keçirilir”, – deyə Yaşar Bəşirov bildirib.
Onun sözlərinə görə, gələn il martın 26-29-u tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək karate üzrə Avropa çempionatının loqosunda isə beşqat dünya çempionumuz Rafael Ağayevin şəkli əks olunacaq:
“Avropa çempionatının loqosu, demək olar ki, hazırdır. Bunu özümüz hazırlayırıq. Çünki bu işi hamıdan yaxşı bilirik. Burada 2020-ci ili və Bakıda keçirilən Avropa çempionatının 55-ci olmasını vurğulamalıyıq. Orada Rafael Ağayevin əksi olmalıdır. Çünki yaxın yüz ildə çətin ki Rafael kimi nəticəsi olan idmançı Azərbaycanda olsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-03-2019, 16:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-03-2019, 16:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01