Rusiya dünya çempionatından məhrum edildi
Ümumdünya Kikboksinq Təşkilatı Assosiasiyası (WAKO) 2021-ci il dünya çempionatını Rusiyanın paytaxtı Moskvada keçirməkdən imtina edib.
Qurumun rəsmi saytının verdiyi məlumata görə, bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci il dekabrın 17-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) iddiasını qismən dəstəklədikdən sonra qəbul edilib.
WADA Rusiya Antidopinq Agentliyini (RUSADA) Ümumdünya Antidopinq Kodeksinə uyğun statusundan məhrum edib. CAS-ın qərarı nəticəsində 2022-ci il dekabrınadək Olimpiya Oyunlarında və dünya çempionatlarında Rusiya idmançıları bayraq və himn olmadan çıxış edəcəklər. Qərar Rusiyanı dünya çempionatlarına iddia etməkdən və təşkilatçılıq hüququndan da məhrum edir.
Qeyd edək ki, dünya çempionatı 5 - 14 noyabrda keçirilməli idi. Yeni məkan martda müəyyənləşdiriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-03-2021, 09:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-03-2021, 09:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti